"Azinko Holdinq", "Jumeirah Bilgah Beach Hotel"... - Millətə vəkillik etməyən deputatın biznes "bacarığı"...
2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilər üçün namizəd olanlardan biri də üç dəfə millət vəkili olmuş Malik Həsənovdur.
Sonxeber.az Sfera.az-a istinadən xatırladır ki, M.Həsənov ilk dəfə 2010-cu ildə deputat seçilib. Daha sonra 2015 və 2020-ci illərdə millət vəkili postuna yiyələnib.
Onun namizədliyi bu dəfə də Cəlilabad şəhər seçki dairəsindən (71 saylı) verilib. O, əvvəlki seçkilərdə də eyni dairədən namizəd olub.
Passiv millət vəkillərindən olan Malik Həsənov ardıcıl dördüncü dəfə deputat seçilərsə, bu, sadəcə təəssüf doğuracaq, çünki M.Həsənov "seçkidən-seçkiyə görünən deputat" imici ilə tanınır. Cəlilabadlı deputat parlamentin iclaslarında danışmır, layihələrin müzakirəsi zamanı fikir bildirmir, təklif və tənqid səsləndirmir.
M.Həsənov deputat kimi passiv olsa da, biznesdə və başqa sahələrdə "bacarıqlıdır". Onun tanınmasında, biznes və siyasi həyatda sürətlə yüksəlməsində qardaşı Kərəm Həsənovun xüsusi rolu var. Həsənov qardaşları uzun illərdir, vəzifə postlarında möhkəm dayanıblar. Öncə K.Həsənov vəzifə pillələrində yüksəlib, daha sonra isə onun açdığı yolla qardaşı M.Həsənov irəliləyib.
K.Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinə rəhbərlik edən zaman 2006-cı ildə "Azinko Holdinq" tikinti şirkətini yaradıb. Komitə sədrinin şirkətlə rəsmi əlaqəsi olmasa da, biznes dairələrində çox yaxşı bilirdilər ki, "Azinko Holdinq"in sahibi məhz K.Həsənovdur. Cəmi bir il sonra şirkətə M.Həsənovun rəhbər təyin edilməsi də "Azinko Holdinq"in Həsənov qardaşlarına aid olmasını təsdiqləyir.
"Azinko Holdinq" əsasən Bakıda tikinti işləri ilə məşğuldur. Şirkət şəhərin müxtəlif yerlərində yaşayış kompleksləri tikib, eyni zamanda dövlət əhəmiyyətli bir sıra layihələrin icraçısıdır.
Bu holdinqin ən məşhur işlərindən biri Abşeronun şərqində, Bilgəh qəsəbəsində dəniz sahilində 9 hektar sahədə "Jumeirah Bilgah Beach Hotel" hotel kompleksinin inşasıdır.
Hətta mediada gedən xəbərlərə görə, "Loti Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun Türkiyədə qətlə yetirildiyi "Alva Donna Exclusive Hotel Spa" hotelinin azərbaycanlı sahibi Sərxan Babayev Kərəm Həsənovun adamıdır. Yəni sözügedən hotel dolayısı ilə Həsənov qardaşlarına məxsusdur.
M.Həsənov rəsmi olaraq 2007–2010-cu illərdə "Azinko Holdinq"ə rəhbərlik edib.
O, 2010-cu ildən biznes fəaliyyətinə formal olaraq son verib və həmin il deputat seçilib. Bununla da M.Həsənovun siyasi həyatı başlayıb və artıq 14 ildir ki, deputatdır.
M.Həsənovun yenidən deputat seçiləməsi seçicilər üçün heç nəyi dəyişməyəcək, sadəcə olaraq, Milli Məclisdə passiv millət vəkillərindən birinin sayını artıracaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1079 Tarix: 14 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021