Xəzər Aslanov kəndə su çəkmək üçün bizdən pul istəyir - Sitalçay sakinləri (VİDEO)
Xızı rayonunun Sitalçay kənd sakinləri susuzluqdan şikayətçidirlər.
AFN.az xəbər verir ki, sakinlər artıq 4 ildir yay aylarında kəndə gələn içməli suyun tamamilə kəsildiyini deyirlər: "Rayon icra icra hakimiyyətinin başçısı Xəzər Aslanov kənddə suyun olmaması ilə bağlı bizim şikyətimizi dinləmək belə istəmir. Biz onunla görüşdə dedik ki, eşitmişik bizim kəndə su kanalı çəkiləsidir, niyə reallaşmır bu layihə? Dedi onu kim deyib?!"
Sakinlər bildirirlər ki, kəndin yaxınlığından 3 su xətti keçir: "2 Şollar suyu, bir kanal xətti keçir. Heç olmasa bizə kanal suyundan versinlər. Qonşu kəndlərin hamısında Şollar suyu da var, kanal suyu da. Bir dənə bizim kəndimizdə yoxdur. Yeni Yaşma, Şorabad, Türkoba, Məşədihəsən neçə kilometrlərlə burdan aralıdır, Giləzi qonşu kənddir, hamısına kanal suyu da gedir, Şollar suyu da. Bizə də deyirlər pul yığın verin, sizə də gəlsin. Xəzər Aslanov neçə hektar ərazidə zeytunluq salıb, oranı sulamağa su verirlər, biz kəndçilərə su verilmir. Borular da alınıb, amma imkan vermir çəkməyə. İmkan versinlər, özümüzə gün ağlayaq. Üzümüzü kimə tutaq bunun üçün? Bizim ağaclarımız quruyur, yaşıllıqlarımız məhv olur. İndi XXI əsrdir, eşşəklə su gətirmək olar?"
Sitalçay ərazisindən Samur-Taxtakörpü-Abşeron su kanalı, 1914-cü ildə və 1967-ci ildə çəkilmiş iki Şollar su xətti keçir. Kəndə ayrılan xətt 1967-ci ildə çəkilən xətdən qaynaqlanır. Yay aylarında həmin xətdə su azaldığı üçün problem yaranır. Bir neçə il əvvəl çəkilmiş Samur-Taxtakörpü-Abşeron su kanalından Sitalçay üçün ayrılmış xətdən kənd sakinləri, bələdiyyə və digər təşkilatlar vasitəsilə alınmış plastik borular vasitəsilə kəndə su çəkilməsinə isə Xızının icra başçısı Xəzər Aslanov icazə vermir. Hər halda, sakinlər belə deyirlər.
Şikayətçilərin sözlərinə görə, 2 il əvvəl Xəzər Aslanov kənddə olanda söz verib ki, özü də kömək edəcək suyun çəkilməsinə. Lakin nə hikmətdirsə, sakinlər öz hesablarına borular alsalar da, çəkilişə icazə verilmir: "Kəndin yolunu çəkdirəndə də icazə vermirdilər. Şirkət 100 min pul ayırmışdı, prezident gəlməli idi kəndə, icra başçısı deyirdi ki, pulu mənə verin".
Qeyd edilənlərlə bağlı Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun mövqeyini almaq istədik. İcra başçısının İH-in rəsmi saytında göstərilən telefon nömrəsinə cavab verən şəxs 5 dəqiqə sonra zəng etməyimizi istədi. 5 dəqiqədən sonra etdiyimiz zənglərə isə cavab verilmədi. Hər bir halda X.Aslanovun mövqeyini verməyə hazırıq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 961 Tarix: 15 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021