Kredit götürmək istədi, əvəzində pulu MƏNİMSƏNİLDİ - VİDEO
Sosial şəbəkələrdə indidə bank yaxud bank olmayan kredit təşkilatları adından istifadə edilməklə vətəndaşların pulları mənimsənilir. Daha bir nəfər belə şəxslər tərəfindən aldadılıb.
Sonxeber.az xəbər verir ki, paytaxtda yaşayan Sərxan Orucov "Xəzər Xəbər"ə müraciət edib. Onun sözlərinə görə, TikTok-da banklardan birinə məxsus kredit verilməsini əks etdirən videoçarx çıxıb. Həmin səhifədə olan əlavə nömrəsi ilə Whatsapp üzərindən müraciət edib. O, 3000 manat kredit götürmək istəyib. Sərxan Orucovdan şəxsiyyət vəsiqəsi tələb edilib:
"Mənə əvvəlcə dediler ki, 90 manat pul köçürməlisən. Mən isə kredit götürüb sonra pulu köçürmək istədim. Dedilər ki, sığorta pulu və digər məsələlərə görə indi ödənilməlidir. Mən də pulu göndərdim. 40 dəqiqə sonra kredit veriləcəyi bildirildi. 40 dəqiqə keçdi və telefonu açmadılar. 1-2 saat onlara yenidən müraciət etdim. Daha sonra cavab verdilər və 78 manat pul istədilər. Mən isə dedim ki, inanmıram. Pulu verəcəklərini dedilər. 78 manat ödəniş etdim ".
Sonuncu ödənişdən sonra həmin Whatsapp nömrəsini işlədənlər Sərxan Orucovun zəngini bloklayıblar. Başqa nömrələrdən yığılsa da zənglərinə cavab verilməyib.
Ətraflı "Xəzər Xəbər"in süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1203 Tarix: 16 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
"Toyota Bakı Mərkəzi"nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. Qaynarinfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, tanışı Tamerlan Əliyevin şikayəti əsasında məsuliyyətə cəlb edilib. Məlum olub ki, Vüsal 2014-cü ildən həmin şirkətdə çalışı
12 sentyabrSosial müavinətlərlə bağlı AÇIQLAMA
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 97 798 nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 52,9 %-ni kişilər
13 sentyabrYeni təhsil qanununun qəbulu təklif edilir
Azərbaycanda ali təhsil sahəsində indiyədək qaldırılan və əsaslı hesab olunan məsələlərin nəzərə alınması üçün yeni təhsil qanununun hazırlanmasına ehtiyac var. xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov komitənin bugünkü iclasında çıxışı zamanı deyib. O bildiri
11 sentyabrBirinci sinfə qəbula gecikən valideynlərin nəzərinə: Son tarix açıqlandı
Sentyabrın 16-da saat 11:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş qalan yerlərə məktəb və müəllim seçimi mümkün olacaq. Bu barədə -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilir
12 sentyabrAzərbaycanda minimum əməkhaqqı BU QƏDƏR ARTA BİLƏR
"Maaş artımlarının olması gözlənilir. Amma bu artımların 2027-ci ilin yanvarın ayından olacağını gözləyirəm. Xüsusilə, minimum əməkhaqqı artanda, minimum əməkhaqqına bağlı bütün əməkhaqqılar yüksəlmiş olacaq". Bunu "Unikal"a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O bildiri
13 sentyabrAzərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK
Pambıqda damcı suvarmadan istifadə edən fermerlərə əlavə dəstək veriləcək. xəbər verir ki, pambıq üzrə məhsul subsidiyası istifadə olunan suvarma texnologiyasına uyğun olaraq diferensiallaşdırılıb. Belə ki, ənənəvi suvarmada hər ton pambığa görə 200 manat, sprinkler və pivot suvarmada 215 manat, damc
13 sentyabrNazir şöbə müdiri təyin etdi
Kənd Təsərrüfatı Nazirliyində daha bir kadr təyinatı olub. Bununla bağlı nazir Məcnun Məmmədov müvafiq Əmr imzalayıb. Əmrə əsasən, Ruslan Ənvərli nazirlikdə şöbə müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, R.Ənvərli bundan əvvəl "Avrora" şirkətində şöbə müdiri, daha əvvəl isə "Kapita
12 sentyabr