Talıbovlarla bağlı SENSASİYA - İki deputat mandatını...

Talıbovlarla bağlı SENSASİYA - İki deputat mandatını...Avqustun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının ilk iclası keçirilib. İclasda "Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında", "Büdcə sistemi haqqında", Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi barədə məsələlər müzakirə olunub.

Naxçıvan Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sədrliyi ilə keçirilən iclasda məclisin sabiq sədri Vasif Talıbov və oğlu Seymur Talıbov yenə görünməyib. Ali Məclisin 7 saylı Aralıq seçki dairəsindən seçilən deputatı Vasif Talıbov və 25 saylı Naxçıvan şəhər seçki dairəsinin deputatı Seymur Talıbov iclasda iştirak etməyib. Onların hansı səbəbdən iclasda iştirak etmədiyi məlum deyil. Qeyd edək ki, Talıbovlar Ali Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edir. YAP-ın Ali Məclisə seçkilərdə Vasif Talıbov və Seymur Talıbovun namizədliyini irəli sürməyəcəyi dəqiqdir.

Nəzərə alaq ki, Vasif Talıbov birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinə 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputat seçilib. Amma bu dəfə həmin dairədən Vasif Talıbovu Ziyafət Əsgərov əvəz edib. Klinikalar

Bəllidir ki, sentyabrın 1-də Naxçıvan Ali Məclisinə də növbədənkənar deputat seçkiləri keçiriləcək. Məlumat üçün bildirək ki, Naxçıvan Ali Məclisinə namizədlər 45 mandat uğrunda mübarizə aparacaqlar. 2020-ci ildə formalaşan Ali Məclisin 45 deputatından 42-si Yeni Azərbaycan Partiyasının üzvü olub. Vasif Talıbov Ali Məclis sədri, Azər Zeynalov isə onun müavini seçilib. Vasif Talıbovun oğlu Seymur Talıbov da Ali Məclisin deputatlarından biri olub.

Vasif Talıbov vəzifəsindən istefa verdikdən sonra onun iqtisadi təsir imkanlarının zəiflədilməsi prosesinə start verildi. Talıbovun nəzarətində olan Azərbaycandakı iri biznes subyektləri əlindən alındı, eyni zamanda onun xaricdəki biznesi ilə bağlı araşdırmalara başlanıldı. Seymur Talıbov da Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən azad edildi. Seymur Talıbovun elə o ərəfələrdə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti postundan istefa verdiyi bildirilirdi. İddialara görə, Talıbov yaxın ətrafına da deyib ki, onlar, ümumiyyətlə, siyasi proseslərdən çəkilməyə qərar veriblər. Bunun nə qədər davam edə biləcəyi isə bəlli deyil. Vasif Talıbovun anadan olduğu kənddə yerləşdiyi və zəruri ehtiyaclar yaranmasa, evdən çıxmadığı haqda mediada gedən məlumatlar bu günədək təkzib olunmayıb.

Naxçıvandakı bir mənbə Talıbovların YAP-dan çıxacaqlarını da istisna etməyib. Amma bunu mümkün qədər səs-küysüz etmək istəyirlər. Yeri gəlmişkən, Azpolitika.infonun araşdırması zamanı məlum olub ki, YAP-ın "yap.org.az" saytında yerləşdirilən rayon təşkilatları siyahısında, ümumiyyətlə, Naxçıvan MR ərazi təşkilatının adı yoxdur. YAP Naxçıvan təşkilatı barədə internetdə axtarış verdikdə vaxtilə keçirilən iclaslar haqqında bəzi qəzetlərdə və internet saytlarında məlumatlar çıxır. Onların əksəriyyəti isə Ali Məclisin keçmiş sədri Vasif Talıbov dönəminə aiddir.

Bildirək ki, Vasif Talıbov 2022-ci ildə YAP-ın yaradılmasının 30 illik yubileyi münasibətilə Bakıda keçirilən tədbirə qatılmaq üçün Naxçıvandan paytaxta gəlmişdi. Lakin Vasif Talıbovu tədbirin keçirildiyi binaya buraxmamışdılar. O günlərdən Vasif Talıbovun hakim partiyadan uzaqlaşdırılacağı xəbəri gündəmdən düşmür.

Maraqlıdr ki, Vasif Talıbovu və oğlunu hakim partiyadan uzaqlaşdırmağa tələsmirlər.

"Bakı" Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "Yeni Müsavat"a deyib ki, Vasif Talıbovun gələcəyi onun özünü aparmasından asılıdır: "Görünən odur ki, postundan uzaqlaşdırılmasından ötən 2 ilə yaxın vaxt ərzində Vasif Talıbov "oyun qaydaları"ndan kənara çıxmayıb. Ona göndərilən ismarışlara sözsüz əməl edib".

Onun sözlərinə görə, "Naxçıvan xanı"nın gözlənilməz sözəbaxanlığı itirəcəklərinin çox olması ilə bağlıdır: "Vasif Talıbov vəzifədə olanda nə qədər ötkəm, aqressiv idisə, vəzifədən yola salınandan sonra bunun əksi müşahidə edilir. Daha onda özündənrazılıq, mənəmlikdən əsər-əlamət yoxdur. Xatırlayırsınızsa, 2019-cu ildə Azərbaycan regionlarının inkişafı, kadr və struktur islahatlarının gerçəkləşməsinə başlanılarkən, Naxçıvanda kadr islahatlarına qarşı Vasif Talıbov tərəfindən sərt təpki göstərilirdi. Bakıdan göndərilən kadrlara aqressivlik göstərilir, işləmələrinə imkan verilmirdi. Əlbəttə ki, bu, mərkəzi hakimiyyətin diqqətindən qaçmırdı. Naxçıvanda Vasif Talıbovun 27 illik "xanlığı"nın sonu gəldi. Vasif Talıbovun özünü 1 günün içindən kreslosundan aşırdılar, ətrafındakı korrupsioner komandasının əsas üzvlərini isə həbs etdilər. 144 milyon manat büdcə vəsaitini ələ keçirən maliyyə naziri, 132 milyon manat vəsaiti ələ keçirən gömrük rəsmisi tutuldu, bu haqda ictimaiyyətə məlumat verildi. Aydın idi ki, tutulan vəzifəli şəxslər özbaşına bu qədər vəsaitləri ələ keçirə bilməzdilər. Bu araşdırmalar davam etdirilsəydi, əlbəttə ki, Vasif Talıbovun ütülü kostyumunun yaxası istintaqçıların əlinə keçəcəkdi. İllərlə Naxçıvanın təbii sərvətlərinin talanından tutmuş bütün biznes sahələrinin kriminal yollarla Talıbovların nəzarətinə keçirilməsi isbatlana bilərdi. Vasif Talıbov inadkarlığının onu hara aparıb çıxaracağını dəqiq bildiyindən qısa müddətdə davranışlarına korrektələr etməyə üstünlük verdi. Onun indiki "modu" hələ ki problem yaratmır. Ona görə də Vasif Talıbovun, onun oğlunun hakim partiyadan qovulması da gerçəkləşmir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1236   Tarix: 16 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr