Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov deputatlığa namizədliyini irəli sürməklə yenidən siyasətə qayıtmağa çalışır.

H.Əsədov hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektorudur. O, bu vəzifəyə 2019-cu ilin aprelində təyin edilib.

Əsədov rektor vəzifəsinə təyin edilənə qədər beş il (2013-2018) kənd təsərrüfatı naziri vəzifəsində çalışıb. Etimadı doğrultmadığından o, 2018-ci ilin aprelində nazir vəzifədən azad edilməklə siyasətdən uzaqlaşdırılıb.

H.Əsədovun yenidən siyasətə qayıtmaq istəyi maraqlıdır. Əsədovun hökumətdə vaxtilə yüksək vəzifələr tutan şəxslərlə qohumluq əlaqəsi olub. Həmin şəxslər də işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən uzaqlaşdırılıblar.

H.Əsədov sabiq nəqliyyat naziri Ziya Məmmədovla və uzun müddət Dövlət Gömrük Komitəsinin sədr müavini olmuş Əsgər Abdullayevlə (2006-2022) qudadır.

Bunlardan başqa Əsədovun əmək və əhalinin sosial müadafiəsi naziri işləmiş Səlim Müslümovla kirvə olduğu da bildirilir. Əsədovun qohumluq əlaqəsində olduğu bütün yüksək vəzifəli şəxslər "pensiya"ya göndərilib. Elə H.Əsədovun özü də yüksək vəzifəyə layiq olmadığından nazir vəzifəsindən uzaqlaşdırılmışdı. Əsədov və yaxınlarının mühüm dövlət vəzifələrindən uzaqlaşdırılmasının əsas səbəbi onların adının ciddi korrupsiya əməllərində çəkilməsi, eləcə də övladlarının özlərini dövlət adamının adına yaraşmayan şəkildə aparması olub.

H.Əsədovun iki oğlu və bir qızı var. Əsədovun oğulları dəbdəbəli həyat sürmələrinə görə dəfələrlə gündəmə gəliblər. Keçmiş kənd təsərrüfatı nazirinin kiçik oğlu Asif Əsədzadənin sorağı İngiltərədən gəlirdi. Nazir oğlu atasının hesabına İngiltərədə çoxlu mülklərə, bahalı avtomobillərə sahib olmaqla özünü ərəb şeyxləri kimi aparırdı. Xarici media vaxtilə onun London küçələrində Azərbaycana məxsus dövlət nömrə nişanlı (90 HO 505) bahalı avtomobillə ("Porşe") şütüməsindən yazırdı.

Əsədovun digər oğlu Vaqif Əsədzadə Türkiyədə iri turizm şirkətinin sahibidir. H.Əsədov hələ Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsində olarkən böyük oğlu Beşiktaş, Seba Kompleksi "Selenium-Twins" B BL.D.244 ünvanında mülk almışdı.V.Əsədzadə və həyat yoldaşı Günay Abdullayeva "VAGU (VAGU - VAqif və GUnay) Turizm Sanayi ve Ticaret Limited Şirketi"ni 2012-ci il fevralın 1-də İstanbul Ticarət Müdirliyində öncə 100 min lirə nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib. Həmin il mayın 2-də nizamnamə kapitalı 1 milyon lirəyə qaldırılıb. Bu məbləğ lirənin o zamankı kursu ilə 650 min dollar idi.

Əsədovun oğulları ilə yanaşı qızı da dəbdəbəli həyat yaşayır.

Qızının həyat yoldaşı keçmiş nəqliyyat naziri Z.Məmmədovun oğlu Anar Məmmədovdur. A.Məmmədovu Azərbaycan ictimaiyyətinə xüsusi təqdim etməyə ehtiyac yoxdur. O, atasının nazir işlədiyi dövrdə Azərbaycanda populyar idi və demək olar ki, onun adı gündəmdən düşmürdü. İctimaiyyət Anar Məmmədovun bir milyon manat qarşılığında Qəbələdə ayı kəsdirməsini isə yəqin ki, heç bir zaman unutmayacaq.

H.Əsədovla kirvə olduğu deyilən S.Müslümov da "bacarıqlı" korrupsionerlərdən olub. S.Müslümovun korrupsiya və maliyyə fırıldaqçılığına görə ayrı-ayrı vaxtlarda 2 dəfə həbsə düşməsi də onun hansı vərdişlərə sahib olduğunu göstərir.

Korrupsioner ətrafı olan Əsədov deputat olarsa, yenidən siyasətə qayıtmış olacaq. Görünür, keçmiş kənd təsərrüfatı naziri Ucarda fermerliklə məşğul olan qudası, sabiq nəqliyyat naziri Z.Məmmədovla məsləhətləşmələr apardıqdan sonra siyasətə qayıtmaq qərarına gəlib. (Sfera.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1082   Tarix: 16 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr