Nəticəsi ağır OLA BİLƏR: Ermənistan Naxçıvandan niyə ƏL ÇƏKMİR?

Nəticəsi ağır OLA BİLƏR: Ermənistan Naxçıvandan niyə ƏL ÇƏKMİR?Ermənistan yenə də, son 2 gündür Naxçıvan istiqamətində atəşkəsi pozur. Avqustun 16-sı saat 3:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bölmələrimirz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Naxçıvan Ermənistanın ən çox təxribat törətdiyi ərazilərimizdəndir. Danışıqlar prosesinin davam etdiyi bir vaxtda Ermənistanın Naxçıvan istiqamətində atəşkəsi pozmağı suallar yaradır. Xüsusilə, COP29-a az qalan bir vaxtda Ermənistanın qərb koalisiyası tərəfindən silahlanmaları onların əsl üzünü ortaya qoyur.

Ermənistan sülh müqaviləsi istiqamətində addımlar atmaq əvəzinə, niyə təxribat törətməkdə maraqlıdır?

Ermənistan Silahlı qüvvələri son iki gündə Naxçıvan istiqamətində atəşkəsin pozulmasını həyata keçiriblər. Dünən Ordubad rayonunun Gəncə kəndi istiqamətində yerləşən şərti sərhəddəki mövqelərimiz atəşə tutulub. Bu gün isə Sədərək rayonunda yerləşən mövqelərimiz atəşə alınıb:

"Ermənistan Silahlı Qüvvələri və onları dəstəkləyən qərb koalisiyası qüvvələrinin cəsarətləndirilməsi fonunda yeni gərginlik yaratmaq niyyəti var. Xüsusilə COP29-a qədər şərti sərhəddə hər hansı mövqelərimizin atəşə tutulması nəticəsində Azərbaycanı yeni münaqişəyə təhrik etmək planları var. Bu ərazilər Zəngəzur koridorunun keçə biləcəyi ərazilər olduğu üçün sanki bu gərginliyin yaranmasında Azərbaycanın maraqlı olduğunu göstərməyə çalışırlar. Bu səbəbdən Ermənistanın silahlanması fonunda, həm də ABŞ-nin təlimləri keçirməsi , hərbi təyyarələrin və şəxsi heyətin Ermənistana daşınması ilə Ermənistan sülh sazişindən uzaqlaşaraq yeni münaqişəyə Azərbaycanı təhrik etməyə çalışırlar".

Ekspert vurğulayıb ki, Ermənistan artıq nəticələrə hazır olmalıdır. Atəşkəs pozulursa, Azərbaycan Silahlı Qüvvələri lokal və taktiki səviyyədə adekvat cavab verirlər. Ermənistan ağlını başına yığmalıdır. Əks təqdirdə cavablar Ermənistan üçün qorxulu ola bilər:

"Yaxın tarixdə baş verən təcrübələr ilə Ermənistan bunu anlamalıdır. 44 günlük müharibə və lokal xarakterli antiterror tədbirlərində Ermənistan ciddi zərbələr aldı. Ermənistan bundan dərs çıxararaq atəşkəsin pozulması hallarına bir son verməlidir. Onlar daha çox bir an öncə sülh sazişinin bağlanmasında maraqlı olmalıdır. Ermənistanın sülh müqaviləsini bağlanmamasına sövq edənlər də var. Çünki gərginliyin bütün bölgələrdə artdığını görürük. Onların Ermənistan ərazisi üzərindən Cənubi Qafqazda yeni müharibə çıxartmaq planları var. Düşünürəm ki, Azərbaycan tərəfi bunun fərqindədir. Bu səbəbdən bizim səbrli davranmağımızın əsas səbəblərindən biri də qarşı tərəfin çirkli niyyətlərindən məlumatlı olmağımızdır".

Xatırladaq ki, avqustun 15-i saat 18:10-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulmuşdu.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1028   Tarix: 16 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr