Nazirliyin keçirdiyi tenderlə bağlı narazılıq — Mənşə sertifikatı necə əldə edilib? ŞİKAYƏT

Nazirliyin keçirdiyi tenderlə bağlı narazılıq — Mənşə sertifikatı necə əldə edilib? ŞİKAYƏTBakı şəhərində ayaqqabı istehsalı ilə məşğul olan "Elmanado" MMC şirkəti Müdafiə Nazirliyinin keçirdiyi tenderdə iştirak edən rəqib şirkətin təqdim etdiyi sənədlərlə bağlı şübhəli məqamların olduğunu iddia edir.

Saytımıza müraciət edən "Elmanado" MMC-nin təsisçisi Kərim Kərimov nazirliyin təşkil etdiyi 3 satınalma müsabiqəsi üzrə (müxtəlif növ ayaqqabıların, qışlıq və yazlıq uzunboğaz botinkaların) təklif verdiklərini bildirib.

O, hər 2 müsabiqə üzrə portalda protokol üzrə "Elmanado" MMC şirkətinin qiymət təklifinin digər müsabiqə iştirakçılarınına nisbətən aşağı və münasib olduğunu və 1 müsabiqə üzrə (qışlıq uzunboğaz botinkalar üzrə) 2-ci olduğunu deyib:

"Lakin yuxarıda qeyd etdiyim 3 müsabiqə satın alınması üzrə 12.07.2024 tarixində yekun olaraq "ME.GA.AN" MMC ilə satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulub. Həmin şirkət 3 müsabiqə üzrə bizim ümumi qiymət təklifimizin dəyərindən 911 974,80 (Doqquzyüz on bir min doqquzyüz yetmiş dörd manat 80 qəpik) artıq təklif edib. Aldığımız məlumata görə həmin şirkət mənşə sertifikatı təqdim edib ki, bu da onların bizim qiymət təklifindən daha ucuz olduğunu göstərir. Rəhbərlik etdiyim şirkət isə şərtlər toplusunda məcburi təqdim ediləcək sənədlər arasında olmayan mənşə sertifikatını təqdim etmədiyi üçün bizi qalib saymayıblar. Bildirmək istəyirəm ki, qarşı tərəfin təqdim etdiyi sertifikat əsasında onlara 20 faiz güzəşt tətbiq edilməsi nəzərdə tutulur. Bizim mövcud təklifimizə əsasən isə büdcəyə 911 974,80 manat qənaət edilmiş olar və həmin vəsait tender iştirakçısına ayrılmamaqla büdcəyə xeyir verilmiş olar".
Həmçinin vurğulamaq istəyirəm ki, Azərbaycanda ayaqqabı istehsalı ilə bağlı mənşə sertifikatının alınması demək olar ki, mümkünsüzdür. Müdafiə Nazirliyinin Əşya Əmlakının Müayinəsi və Keyfiyyətinə Nəzarət Laboratoriyasına tender iştirakçıları tərəfindən rəsmi qaydada nümunələr təqdim edilib. Mənşə sertifikatın alınması üçün təqdim edilmiş sənədlərlə verilmiş nümunələr eyni olmalıdır.

Kərim Kərimov rəqib şirkətin təqdim etdiyi mənşə sertifikatı ilə də şübhəli halların olduğunu bildirib. O, məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciət etdiklərini deyib: "ME.GA.AN" MMC-nin qalıb nəzərdə tutulmağında əsas səbəb olaraq malların mənşəyi barədə rəylərin olmasıdır, oda öz növbəsində 20%-dək güzəşt tətbiq etdiyi üçün birinci olaraq nəzərdə tutulmuşdur.

Azərbaycanda ayaqqabının istehsalatı üçün faktiki olaraq yeganə olaraq qismən dəri xammalı yerli istehsaldır, bu ayaqqabının xammal maya dəyərinin sadəcə 40 % təşkil edə bilər, buda ən yaxşı halda 8-11% güzəşt nəzərdə tutur. Belə olan halda iştirak etdiyimiz müsabiqələrdə ən aşağı qiymət təklifi bizim olaraq qalır. Bununla yanaşı şərtlər toplusunda tələb olunan malları istehsal etmək üçün lazım olan xammalardan yalnız dəri qismən yerli istehsaldır. Şərtlər toplusunda tələb olunan digər xammaların Azərbaycanda istehsalı qeyri mümkündür və mövcüd deyil. "ME.GA.AN" MMC-yə əsaslı olaraq tətbiq olunan 20%-dək güzəşt və əldə etdiyi malların mənşəyi barədə rəylərdə qeyd edilmiş xammalların mənşə ölkələri və təqdim etdiyi kalkulyasiyanın satınalma təşkilat tərəfindən tələb olunan mallara uyğunluğu böyük şübhə yaradır. Bunu nəzərə alaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən tam və dürüst şəkildə araşdırma aparmasını xahiş etmişik. Rəyin alınması üçün "ME.GA.AN" MMC-nin təqdim etdiyi xammal siyahılarının, kalkulyasiyaların, mövcüd istehsalat sahəsinin obyektiv olub-olmamasının araşdırılması üçün bizim iştirakımızla müstəqil ekspert təyin edilməlidir. Bundan sonra düşünürəm ki, bir çox məsələlərə aydınlıq gələcək".

"Elmanado" MMC-nin rəhbəri şirkətin fəaliyyətini davam etdirmsi üçün tenderlərdə iştirakını və istehsalatı dayandırmamalarının vacib olduğunu vurğulayıb: "Hazırda rəhbərlik etdiyim şirkətdə 100 nəfərə yaxın işçi çalışır. Onların böyük hissəsini məcbur qalıb öz hesablarına məzuniyyətə göndrmişik və tenderlərin nəticəsinə uyğun olaraq fəaliyyətimizi planlaşdırmışıq. Hazırda üzləşdiyimiz durum, ən aşağı qiymətlərlə təklif irəli sürməyimizə baxmayaraq, məğlub duruma salınmağımız fəaliyyətimizi və işçiləimizin sosial vəziyyətini təhlükə altına atır. Onların və rəhbərlik etdiyim şirkətin hüquqi mənafeyini müdafiə etmək üçün məhkəmə müstəvisində mübarizə aparmağa məcburam".

Mövzu ilə bağlı Müdafiə Nazirliyinə və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu göndərmişik. Mövzuya qayıdacağıq. (AzadMedia.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 779   Tarix: 16 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr