Vətəndaş pensiya kapitalını birdəfəyə GÖTÜRƏ BİLƏR? - AÇIQLAMA

Vətəndaş pensiya kapitalını birdəfəyə GÖTÜRƏ BİLƏR? - AÇIQLAMABəzən pensiya yaşına çatan vətəndaşlar öz təqaüdlərini birdəfəyə götürmək istəyirlər. Yəni belə bir fikir var ki, yığılan kapital onlarındır və vəsait birdəfəlik verilməlidir. Xarici ölkələrdə belə bir sistem mövcuddur. Müəyyən şərtlər daxilində vətəndaşlar pensiya kapitalını birdəfəyə götürə bilirlər. Aylıq pensiya ödənişləri sabit və aylıq olur, məbləğ isə əməkhaqqına uyğun təyin edilir. Birdəfəlik pensiyada isə vəsait birdəfəlik verilir və vətəndaş həmin kapitalı idarə etməyi bacarmalıdır.

Bəs Azərbaycanda vətədanşlar pensiya kapitalını birdəfəyə götürə bilər? Mövzunu Sonxeber.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyib ki, vətəndaş pensiya kapitalını birdəfəyə götürsə, müəyyən problemlər yaşana bilər:

"Deyək ki, bir nəfər pensiya kapitalının tamamını götürdü. Daha sonra həmin kapitalı oğurlatdı. Həmin adamın yerdə qalan dövr üçün təminatı necə olacaq? Bu vaxt suallar yaranmağa başlayır. Yaşlı adam dövlətin bütün sosial təminat hüququnu əldə etdiyi üçün dövlətə yalvaracaq. Bəs bu məsələlər necə həll olunacaq? Bu suallar müzakirə olunmur. Hər hansı bir məsələdə istək və arzular ola bilər. Amma digər məqamlarda var. Sözügedən təcrübə xaricdə var. Azərbaycan xarici təcrübələri yaxından izləyir. Hətta bununıa bağlı qanunvericilik təşəbbüsləri var. Hazırda qüvvəyə minməyib. Amma bununla bağlı "Özəl pensiya fondları haqqında" qanunvericiliyə dəyişiklik edilib".

Ekspertin sözlərinə görə, xaricdə olan dəyişikliklər icbari pensiya təminatı ilə əlaqədar deyil. Bütün bunlar könüllü pensiya təminatları ilə əlaqədardır:

"Vətəndaşların burada bir neçə pensiya planı olur. Birinci növbədə dövlətə ödədikləri, ikincisi isə könüllü surətdə üzv olduqları pensiya fondlarıdır. Bunu işverənlər təklif edir yaxud vətəndaşlar könüllü olaraq proqramları özü seçir. Onlar həm dövrün sonunda pulu birdəfəyə götürürlər və hissə-hissə aylıq ödəmələr alırlar. Yəni daha kiçik məbləğdə pensiya ödəmələri olur. Bu o demək deyil ki, bir dənə seçim olur. Onların bir neçə seçimləri olur. Amma bunun üçün yadda saxlamaq lazımdır ki, pensiya gördən düşmür. Bütün bunlar vətəndaşın maaşından tutulur".

Xalid Kərimli bildirib ki, Azərbaycanda bir dənə icbari pensiya sistemi var. Dövlət bizim maaşlardan həmin məbləği tutur və dövrün sonunda pensiya planımıza uyğun olaraq bizə təqaüd təyin edir:

"Bunun 10-15 illik müddəti var. Əvvəlki sovet pensiya sistemi tamam fərqli idi. İndi bunu fərdi pensiya sisteminə keçiriblər. Yəni nə qədər ödəyiriksə, dövlət bizə o qədər pensiya verir. Digər məqamları isə özəl pensiya fondları ilə həll etməyi düşünür. Vətəndaşlar dövr ərzində könüllü şəkildə bu cür istəkləri varsa, həmin pensiya fondlarında planlarını könüllü olaraq seçmək imkanı olacaq. Qanunvericilik hələ qüvvəyə minməyib. Özəl pensiya fondları yaradıldıqdan sonra məsələlər həll olunacaq və bununla əlaqədar işlər gedir. Vətəndaş bu vaxt həmin planlardan istifadə edə biləcək".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 25165   Tarix: 16 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr