Gülağa Aslanlı: "Plakatlarımı "yeyirlər", Məlahət İbrahimqızının bir qapıya gedib imza toplamasını təsdiq edən fakt belə yoxdur..."

Gülağa Aslanlı: "Plakatlarımı "yeyirlər", Məlahət İbrahimqızının bir qapıya gedib imza toplamasını təsdiq edən fakt belə yoxdur...""Deyəsən, bizim dairənin - 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin sərhədləri əvvəlcədən müəyyənləşdirilib. Ya bilərəkdən, ya da bilməyərəkdən 9-cu mikrorayonun ortasında anklav yaradıblar. Mənim ailə üzvlərimin qeydiyyatda olduğu binanı 21 saylı seçki dairəsinin ərazisindən çıxarmaq üçün anklav ediblər. 4 məntəqəni 8-ci seçki dairəsinə keçiriblər. Qalan ətraf isə bizim dairəyə daxil edilib. Bu, fövqəladə bir şeydir. Hələ Azərbaycan tarixində indiyə qədər belə şey olub-olmayıb, bilmirəm, araşdıracağam..."

Bu sözləri Pravda.az-a açıqlamasında deputatlığa namizəd Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.

O, təşviqat kampaniyası ilə bağlı bir sıra məsələlərə diqqət çəkib: "Seçkilər adətən dərs dövrünə təsadüf etdiyi üçün bir qayda olaraq namizədlərin posterləri vurulan lövhələr məktəblərin həyətində olurdu. Valideynlər övladını məktəbə aparıb-gətirəndə namizədlərin şəklini görürdülər. İndi yayın bu istisində nə məktəb var, nə də dərs. Lövhələr isə əvvəlki yerindədir. Ora şəkil yapışdırmağın xüsusi bir önəmi yoxdur. Çünki posterləri görən çox az adam var. Üstəlik, "plakatyeyənlər" ortaya çıxıb. Başqalarını deyə bilmərəm, mənim plakatlarımı hər iki gündən bir "yeyirlər". Zəng edib mənə deyirlər ki, sənin plakatın "qopub". "Qopub" sözünü qəbul etmirəm. Çünki 9-cu mikrorayonda mənim mənzilimdən Yanğından Mühafizə İdarəsinin Qərargahı görünür. Qərargaha aid lövhə küçədə qoyulub. Posterimi ən birinci yapışdırıcı ilə ora yapışdırmışam. Bu gün də oradadır. Ona həm gün dəyir, həm yağış. Yanından gün ərzində avtobuslar da keçir. Hələ də plakat yerindədir. Plakat Qərargahdakı lövhədən qopmur, amma məktəbin həyətindəki qopur. Bu mənə xeyli təəccüblü gəlir. Buna görə də hesab edirəm ki, "plakatyeyənlər" ortaya çıxıb..."

G.Aslanlı qeyd edib ki, təşviqat kampaniyası dövründə hakim partiyanın nümayəndəsinin (Məlahət İbrahimqızı red.) bir qapıya gedib imza toplamasını təsdiq edən fakt belə yoxdur. İndi hansı təbliğatı aparır, nə edir, bunu kimsə görmür, bilmir. Təşviqat üçün bir qapalı, bir də açıq yer ayırıblar. Yayın istisində meydana adam çağırmaqla seçiciləri təhqir etmiş olaram. Məhəllə-məhəllə ayaq üstə gəzib, insanlarla söhbət edib təbliğatı aparmaq xəttini götürmüşəm".

G.Aslanlı insanlarla görüşü zamanı ona bildirilən şikayətlər barədə də danışıb: "Deyirlər ki, siz də keçmiş deputat kimi olacaqsınızsa, heç sizi tanımağa ehtiyac yoxdur. Keçmiş deputat bir dəfə seçkiqabağı hansısa görüşə gəlib, sonra 4 il ərzində onu görən olmayıb. Əhalinin əsas bir nömrəli problemi minimum əməkhaqqının, pensiyanın aşağı olması, "uşaqpulu"nun olmaması, quru sərhədlərin bağlı saxlanılmasıdır. İndi daha "küçələri asfaltlayın" söhbətini etmirlər. Mənimlə görüşən insanlar deyirlər ki, iş yerləri açın, gənclərimiz iş tapa bilsinlər, ölkəni tərk edib başqa ölkələrə getməsinlər. Hətta bir-iki nəfər xanım çəkinə-çəkinə də olsa, çox açıq həqiqəti söylədi ki, nə vaxta qədər ölkədə iş yerlərinin olmaması səbəbindən gənclərimiz ölkəni tərk edib gedəcəklər, qızlarımız ailə qura bilməyəcəklər. "Bu məsələni nə vaxt qaldıracaqsınız?", "Ölkəyə sonradan övlad lazım olmayacaq?", "44 günlük müharibədə rəşadətli Ordumuz qələbə çaldı, oğlanlarımız şəhid oldu, bəs onların yerini doldurmaq üçün bu ölkəyə uşaqlar lazım olmayacaq?" Ölkənin demoqrafik göstəriciləri xeyli dəyişməkdədir. Statistika da göstərir ki, ölkədə doğulanların sayı getdikcə azalmaqdadır. Bu, ailə quranların sayının az olmasına, ən nəhayət, gənc oğlanların ölkəni tərk etmələrinə görədir. İş yerlərinin açılması çox vacibdir. İnsanlar görüşdə bunları tələb edirlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 919   Tarix: 16 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr