Bəzi poliklinikalarda qızılca əleyhinə peyvənd tapılmır: Özəl klinikalarda QİYMƏTLƏR
Bəzi dövlət tibb müəssisələrində qızılcaya qarşı peyvənd tapılmır. Məlumata görə, artıq 2-3 aydan çoxdur ki, ölkədəki əksər dövlət xəstəxanalarına qızılcaya qarşı peyvənd gətirilmir. Özəl müəssisələrdə isə vaksinlər ödənişli əsaslarla edilir. Bunun isə qiyməti olduqca bahadır.
Bununla bağlı "Unikal"ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, növbəti dövr üçün peyvənd ehtiyatları artıq ölkə ərazisindədir:
"Rəsmiləşdirilmə prosesi ən qısa zamanda yekunlaşacaq və peyvəndlər tibb müəssisələrinə paylanacaq. Hər hansı peyvənd çatışmazlığı olan tibb müəssisələrinin təcili olaraq anbar ehtiyatlarından təmin olunması ilə bağlı göstəriş verilib".
Bəzi özəl klinikalarda qızılcaya qarşı peyvəndlərin qiyməti isə aşağıdakı kimidir:
"Leyla Medical Center" - 180 manat;
"Medera Hospital" - 200 manat;
"Modern Hospital" - 200 manat (avqustun 29-dan sonra olacaq);
"Liv Bona Dea Hospital Baku" - 200 manat;
"Baku Medical Plaza" - 200 manat.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ürək üçün faydalı olan 6 dəniz məhsulu
Ürək sağlamlığından narahat olan şəxslər qida rasionuna bəzi dəniz məhsullarını əlavə edə bilərlər. Dəniz məhsulları omeqa-3 yağ turşuları ilə zəngindir. Lakin bəzi növlər ürək sağlamlığı baxımından digərlərindən daha faydalı hesab olunur. Qaynarinfo xəbər verir ki, "Verywell Health" kardioloql
14 sentyabrSən demə, bu meyvələr "diabetin dostu" imiş - QIZIL SİYAHI
Tərkibində lifin bol olması və aşağı qlisemik indeksə malik olmasıyla seçilən bəzi meyvələr qan şəkərinin nəzarətdə saxlanmasına kömək edir. Bəs diabet zamanı hansı meyvələrə üstünlük vermək olar?. həmin siyahını təqdim edir:. Avokado. Demək olar ki, çox az şəkər ehtiva edən, sağlam yağlar və lif baxımında
30 avqustYod çatışmazlığı təhlükəlidir
Yod tiroid hormonunun istehsalı üçün vacib bir elementdir. Həm çatışmazlıq, həm də artıqlıq orqanizm üçün ciddi təhlükədir. Axşam.az xəbər verir ki, yod daha çox cod, ton balığı və süd, qatıq və pendir kimi süd məhsullarında olur. Yod çatışmazlığının orqanizmə verdiyi zərərlər isə təhlükəlidir. Yod təbiətd
30 avqustİnfarkt zamanı nə etməli? - Professor vacib məqamları açıqladı
Ürək-damar xəstəlikləri uzun illərdir dünya üzrə ölüm səbəbləri arasında 13 faizlə ilk sırada yer alır. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, hər il 9 milyon insan işemik ürək xəstəlikləri səbəbilə həyatını itirir və bu göstərici gündən-günə artır. Qaynarinfo xəbər verir ki, ürək v
2 sentyabrPeyvəndlər və antibiotiklərlə bağlı: Hansı hallarda zəruridir? - VİDEO
"Baku Med" verilişinin yeni buraxılışında uşaq sağlamlığı barədə müzakirə aparılıb. Peyvəndlər uşaqlar üçün niyə vacibdir?. Valideynlər niyə peyvəndlərdən imtina edir?. Antibiotiklər hansı hallarda zəruridir?. Uşaqlara sağlam qidalanma necə aşılanmalıdır?. Uşaqları mövsümi viruslardan nec
5 sentyabrDişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, diş ətinin qıcıqlanmasına və zamanla diş köklərinin açılmasına səbəb ola bilər. Bu is
6 sentyabrBu qidaları yedikdən sonra yuxunuz gələ bilər
Bəzi qidalar qəbul edildikdən sonra insanda yorğunluq və yuxululuq yarada bilər. Bu, xüsusilə ağır və çox kalorili yeməklərdən sonra daha çox müşahidə olunur. xəbər verir ki, qida tərkibi və porsiyanın həcmi yeməkdən sonra yaranan yuxululuğa təsir edən əsas amillərdəndir. Karbohidratla zəngin qidala
14 sentyabr