Üzeyir bəy Hacıbəylinin müsavatçılığı haqqında yuxarılara dəfələrlə çuğulluq etmiş Dövlət Filarmoniyası vəzifəlisi kim idi?..

Üzeyir bəy Hacıbəylinin müsavatçılığı haqqında yuxarılara dəfələrlə çuğulluq etmiş Dövlət Filarmoniyası vəzifəlisi kim idi?.."Acı təbəssümlər doğuran haldır ki, manqurt yuxarılar ona xəbərdarlıq edərək köləcəsinə göz yuma-yuma vəzifədə saxladılar..."

1960-1980-ci illərdə Azərbaycan Milli Azadlıq Hərəkatının tanınmış simalarından olmuş, Milli Azadlıq Qərargahının rəhbəri, mərhum tarixçi-yazar Oqtay Eldəgəzin 2014-ci ildə "Poladdan bir yarpaq" adlı kitabında dərc edilmiş "İçim yanır, çölüm yox" məqaləsində 51 qələməlik(vaqonluq) bir qatarda Moskvaya yola düşən, Üzeyir Hacıbəylinin, Bülbülün, Şövkət Məmmədlinin və s. tanınmış Azərbaycan ziyalısı və mədəniyyət xadimlərinin də daxil olduğu heyətə yolboyu Rusiya bolşevikləri və onların əlaltıları olan ermənilər tərəfindən təhqiramiz münasibət, başlarına gələnlərdən bəhs edilir.

Aktuallığını nəzərə alaraq həmin materialı dəyərli Moderator.az oxucuların ixtiyarına buraxırıq:

Müsafirlər mənzil başına yetişdilər, iki mehmanxana onları qoynuna aldı... Burada da ingilis dağ qəsrlərində olduğu kimi, sakinsiz otaqlarda gəzişən qorxunc ruhlar sürünürdü... Ayın 8-də R.M. Qliyerin "Şahsənəm" operasında Şahsənəm surətini oynayacaq Şövkət xanım Məmmədlinin 51 saylı otağının qapı və pəncərələri gecə ikən taybatay açılmış, ifaçı qızdırmalı zökəmə tutulmuş, iki gün ötmüş həmin dəhlizdə qonşu otaqda qalan qızların, o cümlədən xanım qız Leyla Cavanşirlinin yatağına ana-bala siçovullar buraxılmış, ertəsi gün axşam düşəndə 10 dəqiqəlik tezliklə haradansa yayılan tükürpərdən naməlum zil qışqırıq səsləri sübhə kimi qonaqları təbdən çıxarmış, yuxularına haram qatmışdı. Müəmmalı sapmalar tamaşalar gedən zamanlarda da səngiməmiş, daha dözümsüz şəkillər almışdı. Səhnə tərtibatında şübhəli tərzdə yoxa çıxan hissələr, milli geyimlərin ünsürlərinin çatışmaması bir yana, təəccüb doğuran hallar baş tamaşalarda və sənətkar qayəsinin şərhinə xidmət edəcək sayın pərdələrdə zühura gəlirdi. "Nərgiz" operasının (1935, Müslüm Maqomayev), "Koroğlu" operasının oynanışı vaxtı taxta pillələrin qəflətən uçması, "Arşın malalan" musiqili komediyasının başlanğıcında pərdənin açılmaması, məlum operanın Çənlibel səhnəsindən və qızlar xorundan sonra pərdənin bağlanmaması moskvalıların narazılığına, fit səslərinə, ayaq tappıltılarına rəvac verirdi. Nigar surətinin ifaçısı Knarik Qriqoryan – Mkrtıçyanın səhnəyə bir saat, orkestrin baş dirijoru Qrant İonesyanın isə yarım saat gecikmələri hamının, ələlxüsus, hökumət eyvanında əyləşən Stalinin ovqatını təlx eləmişdi. Yaxşı ki, əzəmətli üverturanın ecazkar sədaları və bənzərsiz Bülbülün mat qoyan vokal sənəti bu xırdalıqları unutdururdu. Görünür, belə sancaq batırmaları kiməsə lazım imiş...

Kremldə yekun yığıncağında şəxsən Stalinin nitqi, ongünlüyə yüksək qiymət verməsi, onu "... gözlədiyimizdən daha uğurlu, daha möhtəşəm" adlandırması hər şeyi öz yerinə qoydu. Mərkəzi və dünya mətbuatları da bu rəyə qoşuldular. Gedənlər şad və xürrəm Bakıya döndülər...

Qəlbini xəbislik qurdları, paxıllıq ibnələri dalayan bədniyyət rəqibləri aşkara çıxarmaq çətin olmadı. Bu, Azərbaycan Dövlət Filarmoniyasının yerli həmkarlar təşkilatçısı, Üzeyir bəy Hacıbəylinin müsavatçılığı haqqında yuxarılara dəfələrlə yazılı çuğulluq etmiş qatı daşnak ləçəri Avak Akopyandı. Azərtürklyümüzün yeni uğurlarına dözməyən akopyanlar guruhu təxribatlar törətməklə sal qayadan, uca dağdan kəsək qoparmaq istəyirdilər. Acı təbəssümlər doğuran haldır ki, manqurt yuxarılar ona xəbərdarlıq edərək köləcəsinə göz yuma-yuma vəzifədə saxladılar...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 707   Tarix: 28 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr