Azərbaycanda falçıya gedənlər CƏRİMƏLƏNSİN - TƏKLİF

Azərbaycanda falçıya gedənlər CƏRİMƏLƏNSİN - TƏKLİFTacikistanda falçılıqla məşğul olan şəxslərin xidmətlərindən istifadə edənlər cəzalandırılacaq. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, araşdırmaların nəticəsində mütəmadi olaraq müəyyən məbləğ qarşılığında bu cür şəxslərə müraciət edən 150 nəfərlə bağlı müvafiq tədbirlər görülüb.

Göründüyü kimi, falçı dələduzluğu Azərbaycanda geniş yayılmış və bir o qədər ciddiyə alınmayan mövcuddur. Bizim cəmiyyətin hər küncündə demək olar ki, bir falçı var. Bəziləri kartlarda, bəziləri isə qəhvə fincanının dibində gələcəyimizi oxumaqla məşğuldurlar. Bu işlə məşğul olanlar yalnız qəhvə fincanının dibinə baxmaqla qalmırlar. Onlara müraciət edənlərin bank hesablarına yaxşı baxış keçirirlər. Bəs sözügedən tədbirlər Azərbaycanda tətbiq edilə bilərmi?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Elçin Bayramlı deyib ki, sözügedən tədbirlər təqdirəlayiqdir. Dünyanın bir çox mədəni ölkələrində bu qayda tətbiq olunur:

"Ölkəmizdə savadsız və cahil olan kütlə üçün bu falçılar çox təhlükəlidir. Milyonlarla insan talanır, aldadılır. Həmin insanların başında müxtəlif cür problemlər açılır. Bu biznesdən artıq milyonlarla pul qazanılır. Hər bir dövlətin ən ümdə vəzifəsi əhalinin sağlamlığı və təhlükəsizliyini qorumaqdır. Ona görə də dövlət bu məsələlərdə konkret qadağalar və nəzarət sistemi qurmalıdır. Son dövrlərdə bu məsələ ilə bağlı insanlar öz cızığından çıxıb. Saxta azadlıq altında kim nə istəyir eləmək niyyətindədir. Kapitalizmin ən çirkin formaları, dünyada olan bütün fırıldaqçılıq cəmiyyətimizdə inkişaf edir. Yalançılıq, dələduz, quldurluq və hər cür əməllər törədilir. Bu falçılıq onların başında gələnlərdən biridir".

Sosioloqun sözlərinə görə, sərt nəzarət mexanizmi qurulmalıdır və belə şəxslər əmlakları müsadirə edilərək həbs olunmalıdır:

"İnsanlardan alınan bütün pullar geri qaytarılmalıdır. Cadugərlik, falçılıq və digər işlər ilə məşğul olan şəxslər isə aşkar olunmalı, zərərsizləşdirilməlidir. Dərindən baxdıqda bu mövzular bir növ elmi kateqoriyaya aiddir. Yəni ekstrasens insanlar da var. Eyni zamanda ekstra-bioloji funksiyalara malik olanlar var. Bunlar elmi-tədqiqat obyektidir. Bununla mütəxəssislər və alimlər məşğul olur. Bu dələduzların məşğul ola biləcəyi sahə deyil. Elmi şəkildə öyrənilir və dövlət nəzarəti altında institutlar məşğul olur. Falçılıq və digər dələduzluq əməlləri bizim cəmiyyətimizin sisteminə ağır zərbə vurur. İnsanların ailələri dağılır, pulları əlindən alınır və camaatı borca, kreditə salırlar. Bu açıq şəkildə terrordur və onlara loyal münasibət niyə göstərilir? Dövlət niyə buna göz yummalıdır? Bunun qarşısını almağın yoludur. Səbəb isə bir çox insanların cahil və savadsız olmasıdır".

Qeyd edək ki, bundan əlavə nazirlik həmin insanlar haqqında informasiyanın yer alacağı məlumat bazasının yaradılmasına qərar verib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1524   Tarix: 29 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr