Xəstəyəmsə, əlillik verilsin, sağlamamsa, işimə bərpa etsinlər - ŞİKAYƏT
Vətən müharibəsi iştirakçısı, kiçik gizir Balaşov Əsgər Ədalət oğlu əlillik ala bilməməsindən şikayətçidir.
Sonxeber.az xəbər verir ki, o, bununla bağlı "Qafqazinfo"ya müraciət edib.
Qazi bildirir ki, Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib, hərbi texnikamızın pusquya düşməsi nəticəsində yaralanıb. 2 il sonra, 2022-ci ildə xəstə olduğunu əsas gətirərək onu ordudan tərxis ediblər:
"Əlilliklə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim. Amma mənə əlillik təyinatından imtina etdilər. Halbuki qoyulan diaqnozla bir neçə vətəndaşa əlillik verilmişdi, mənə verilmədi. Əgər sağlamamsa, niyə məni işimə bərpa etmirlər? Özüm də orduda nümunəvi xidmət keçmişəm, öz işimə bərpa olunmağımı pensiya almaqdan çox istəyirəm. Yox əgər xəstəyəmsə, o zaman əlillik verilsin. 25 yaşım var, ailə qurmalıyam, heç yerdə işə götürmürlər, heç bir gəlirim yoxdur".
Sayt qazinin şikayəti ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxlayıb. Agentlikdən belə cavab verilib:
"Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Balaşov Əsgər Ədalət oğlu müharibə veteranı olaraq Prezidentin aylıq təqaüdü ilə təmin olunur. Ona 2021-ci ilin yanvar ayında birdəfəlik sığorta ödənişi (2750 manat) da verilib. Həmçinin Ə.Balaşov bu ilin may ayında özünüməşğulluq proqramına da cəlb olunub və yaxın vaxtlarda proqram çərçivəsində kiçik təsərrüfatını qurması üçün aktivlərlə təmin olunacaq. Müharibə ilə əlaqədar əlilliyinin qiymətləndirilməsi üçün daxil edilmiş göndərişlər əsasında Ə.Balaşovun 2023-cü ilin mart və iyul aylarında, 2024-cü ilin isə mart ayında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinələri aparılıb. Səhiyyə Nazirliyinin mütəxəssisləri ilə birgə aparılan müayinələr zamanı onun sağlamlıq vəziyyətində əlillik əlaməti olmadığı müəyyən edildiyindən əlillik təyinatı aparılmayıb".
Qeyd edək ki, Ə.Balaşov 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezidentin sərəncamı ilə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2099 Tarix: 29 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrRamiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y
4 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabr