Zaurun, Xoşqədəmin, Elgizin verilişləri bağlanacaq? – AÇIQLAMA

Zaurun, Xoşqədəmin, Elgizin verilişləri bağlanacaq? – AÇIQLAMABu ilin mart-aprel aylarında televiziyalarda yayımlanan yüksək reytinqli bəzi sosial verilişlər tənqid hədəfi oldu. Bu proqramların gənc nəslin tərbiyəsinə, orta yaşlı insanların psixologiyasına, bütövlükdə cəmiyyətə mənfi təsir göstərdiyi, ailə institutunu zədələdiyi deyildi. Ona görə həmin verilişlərin qapadılmalı, efirdən yığışdırılmalı olduğu fikri irəli sürüldü. İlkin olaraq proqramların efir vaxtının azaldılmasına başladıldı.

Bəs bu məsələdə son durum necədir? Ötən mövsümdə tənqid edilən və vaxtı azaldılan həmin verilişlər yeni sezonda bağlana bilərmi? Ümumiyyətlə bu kimi tənqid edilən layihələrə nə kimi alternativlər təqdim oluna bilər?

Sonxeber.az news24.az-a istinadən bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib ki, televiziya hər bir vətəndaşın evinə daxil olur, dünyagörüşünə təsir edir:

"İctimai şüura təsir edə bilən ən mühüm vasitədir. Burada ictimai-siyasi proseslər barədə dolğun, düzgün məlumatların yayılması, maarifləndirici proqramların olması vacibdir. Əyləncə xarakterli verilişlərin özü də müəyyən prinsiplərə söykənməlidir. Əyləncəli proqramlar adı ilə yad dünyagörüşlü, yad əxlaqlı, milli-mənəvi dəyərlərə zidd məzmunun yayılması xoş olmayan hadisədir.

Bu baxımdan milli telekanallarda bayağı, ucuz şou proqramların yayımlanmasını əksəriyyət qınayır. Bu verilişlərə çəki-düzən verilməsi yaşadığımız dövrdə daha vacibdir. Çünki qloballaşma prosesi milli dəyərləri ciddi şəkildə təhdid edir. Belə bir şəraitdə bəzi telekanallar milli dəyərlərimizin qorunub saxlanılmasına, modernləşdirilib yeni dövrə ötürülməsinə yardım göstərmək əvəzinə, bayağı verilişlərə yer ayırıb, əksinə hərəkət edirlər".

M.Ələsgərlinin fikrincə, onların öz proqram və efir siyasətlərində dəyişiklik etmələri zəruridir:

"Bu kontekstdə yanaşsaq, bu ilin əvvəlində açılan müzakirələri, şou xarakterli verilişlərin tənqid edilməsini yüksək dəyərləndirirəm. Amma o da faktdır ki, 10 illər ərzində formalaşmış yanlış efir siyasətini bir günün içində kökündən dəyişmək imkansızdır. Bu cür dəyişikliklər peşəkar kadr resursuna, maddi imkanlara və sair zəruri elementlərə bağlıdır. Yəni, yeniləşmə təkcə efir siyasətindən asılı deyil, həm də resurslara bağlı bir məsələdir. Bu baxımdan hesab edirəm ki, əyləncə xarakterli peşəkar proqramların ərsəyə gətirilməsi zaman alacaq. Əsas budur ki, ortada yeniləşməni tələb edən ictimai sifariş və bu sifarişi real dəyərləndirən telekanallar vardır. Tendensiya varsa, nəticəsi də olacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1138   Tarix: 29 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr