Tanınmış professor vəfat etdi
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının professoru Telman Xəlilov vəfat edib.
Lent.az xəbər verir ki, o, 1938-ci il oktyabrın 26-da Bakıda anadan olub.1957-1962-ci illərdə BDU-nun Geologiya-coğrafiya fakültəsində təhsil alıb. 1973-cü ildə kənd təsərrüfatı elmləri namizədi, 2003-cü ildə dosent, 2007-ci ildə coğrafiya elmləri doktoru, 2012-ci ildə professor elmi dərəcələrini alıb.
Əmək fəaliyyətinə 1955-ci ildə "Leninneft" trestinin 12-ci mədənində operator kimi başlayan Telman Xəlilov 1964-1974-cü illərdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda kiçik elmi işçi,1974-1994-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda baş elmi işçi, laboratoriya müdiri işləyib. 1994-1996-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Baş Elm və Təhsil İdarəsində baş mütəxəssis, 1996-cı ildən BDU-nun Ətraf mühitin mühafizəsi kafedrasında dosent, 2012-ci ildən Coğrafi ekologiya kafedrasında professor vəzifələrində çalışıb.
Tədqiqat sahəsi coğrafi ekologiya və torpaqşünaslıq olan professor Telman Xəlilov 50 elmi əsərin, o cümlədən 3 monoqrafiya, 2 elmi-populyar kitab, 3 dərslik və dərs vəsaitinin müəllifi idi.
BDU rəhbərliyi və kollektivi professor Telman Xəlilovun vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 903 Tarix: 30 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrRamiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y
4 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabr