Qanunsuz kredit verən platformalardan istifadə edən vətəndaşları hansı problemlər gözləyir ? - AÇIQLAMA

Qanunsuz kredit verən platformalardan istifadə edən vətəndaşları hansı problemlər gözləyir ? - AÇIQLAMATək şəxsiyyət vəsiqəsiylə kredit verən qeyri-rəsmi platformalara kredit üçün müraciət edənlərin sayı artıb. Bu platformalar vətəndaşların bütün şəxsi məlumatları ilə yanaşı, bank hesablarını da əldə edirlər.

Bəs görəsən bu platformalardan istifadə edən vətəndaşları gələcəkdə hansı problemlər gözləyir ?

Məsələ ilə bağlı Sonxeber.az -a açıqlama verən ekspert Elman Sadıqov vətəndaşları diqqətli olmağa çağırıb:

"Müasir dünyanın ən əsas tələblərindən biri rəqəmsallaşma, avtomatlaşmadırma, robotlaşdırma və yeni texnologiyaların tətbiqidir. Hal-hazırda maliyyə sistemində ən öndə gedən trendlərdən biri rəqəmsallaşmadır. Rəqəmsallaşma və yeni texnologiyaların tətbiqi imkan verir ki, sizin qapalı sistemlərdə olan məlumatlarınız açıq sistemlərə keçsin və ya onlayn xidmətlərin sayı artsın. Onlayn xidmətlərin sayı artdıqca ortaya ən önəmli məsələlərdən biri olan kibertəhlükəsizlik çıxır. Təkcə mailiyyə sektoru yox, bütün sahələrdə - dövlət müəssiələri, bank sektoru, qeyri dövlət müəssiələri, özəl müəssiələrdə rəqəmsallaşma prosesi sürətli gedir. Lakin burada ən önəmli məsələlərdən biri şəxsi məlumatların təhlükəsizliyidir. Çünki rəqəmsallaşma inkişaf etdikcə həm hakerlər, həm də bu sistemlərə müdaxilə etmək istəyənlər inkişaf edir. Onlar daha da öz üzərlərində işləyirlər. Vətəndaşların məlumatlarını əldə etmək üçün yeni metodlar tapırlar. Buna görə də düşünürəm ki, bütün onlayn xidmət göstərən şəbəkələr – istər qeyd edilən kredit verən platformalar, istərsə də bankların özlərinin sosial platformaları üçün kibertəhlükəsizlik məsələləri mütləq öndə gəlməlidir. Nəyisə tətbiq edib sonra kibertəhlükəsizlik barədə düşünmək əvəzinə, öncə kibertəhlükəsizliyi düşünmək və sonra həmin yenilikləri tətbiq etmək önəmlidir. Bu xidmətləri onlayn təşkil edən şirkətlər vətəndaşların şəxsi məlumatları ilə bağlı məsuliyyət daşıyırlar. Ona görə burada önəmli olan məsələ məsuliyyət və işlərin düzgün təşkilidir. Vətəndaşların şəxsi məlumatlarına həssas yanaşılmalıdır. Burda iş daha çox nəzarətedici orqanlara düşür ki, onlar faktiki olaraq bu cür xidmət göstərən sistemlər üzrə kibertəhlükəsizlik məsələlərinin hansı səviyyədə həll olunduğunu yoxlaya və bu barədə ictimaiyyətə məlumat verə bilərlər. Həmin sistemlərdən istifadə edən vəətndaşlarımız da öz növbələrində istifadə etdikləri platformaları araşdırmalı və diqqətli olmalıdırlar".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2931   Tarix: 30 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr