Canlı yayımda əməliyyat edən həkimlə bağlı ŞOK məlumat
Bir neçə gün əvvəl Bakıda yerləşən özəl tibb mərkəzlərindən birində cərrahi əməliyyat zamanı "Tik-tok"da canlı yayım açan həkimlə bağlı maraqlı məlumatlar üzə çıxıb.
Bu haqda "Yeni Sabah"ın əldə etdiyi xəbərə görə, özünü estetik cərrah kimi təqdim edən Rauf Rəhimli adlı həkim əslində təhsilini tam başa vurmayıb.
Xəbərə görə, "instaqram" və "tik-tok" kimi sosial şəbəkələrdə özünü cərrah kimi təqdim edən Rauf Rəhimli əslində Tibb Universitetinin "Ümumi Cərrahiyyə" fakültəsinin rezidentidir. Maraqlıdır ki, nəinki əməliyyat, hətta xəstə müayinə etmək səlahiyyəti olmayan, heç bir həkimlik sertifikatı almayan şəxs "Mərcan" klinikasında estetik əməliyyatlar həyata keçirir. Hətta bu əməliyyatları tik-tok-da canlı paylaşır. kapital bank vakansiya
Məlumatları redaksiyamıza verən mənbə onu da qeyd edib ki, Rauf Rəhimli öz instaqram səhifəsində özü əməliyyat edibmiş kimi yerləşdirdiyi şəkillərin əksəriyyəti xarici saytlardan götürülmə və ya ölkənin məşhur cərrahlarının əməliyyat etdiyi insanların şəkilləridir.
Son dövrlər ölkəmizdə sürətlə yayılan və bir növ dəb halını alan bədən şəkilləndirmə, sinə böyütmə və ya kiçiltmə əməliyyatları, o cümlədən digər estetik əməliyyatlar həkimlər üçün çox gəlirli sahə olaraq bilindiyindən əksər həkimlər bu sahəyə meyl edir. Amma bütün hallarda Səhiyyə Nazirliyinin uyğun sertifikatı olmadan, hətta Tibb Universitetini bitirmədən cərrahiyə əməliyyatları etməyin gələcəkdə çox ciddi fəsadları ola biləcəyi, insanların ağır tibbi problemlərlə üz-üzə qalacağı məlum məsələdir.
Xəbərlə bağlı yazıda adı çəkilən şəxsin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3165 Tarix: 30 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrRamiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y
4 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabr