Əllər niyə tərləyir ? - AÇIQLAMA

Əllər niyə tərləyir ? - AÇIQLAMATərləmək insan üçün normal haldır və tərləməyən insanlar toksinləri bədənlərində toplamış olur. Bu isə orqanizmin yüklənməsinə, dəri təravətinin itirilməsinə səbəb olur. Lakin elə hallar olur ki, məhz bu zaman tərləmək heç də sağlamlıq üçün göstərici olmur. Bəzən tər insan bədənində hər hansı bir problemin siqnalı kimi özünü göstərir. Belə olan halda, artıq tərlə mübarizə aparmaq deyil, onun səbəblərini axtarmaq lazımdır. Bu hallardan biri də əllərdə olan kəskin tərləmədir. Toxunulan əşyalarda su damcılarının qalması, əli salfetlə sildikdə salfetin islanması, eləcə də tərin əlləri üşüdəcək qədər artması - əllərin bu cür tərləməsinə səbəb nədir ?

Mövzu ilə bağlı Sonxeber.az -a açıqlama verən dermatoloq Zakir Abiyev bildirib ki, əllərdə tərləmənin əsas səbəblərindən biri həddindən artıq əsəb və stresdir:

"Bu hal, həddindən artıq əsəb, stres, narahatlıq kimi hallarda psixoloji olaraq, baş verir. Xüsusilə, əl sıxma zamanı diskomfort hissi yaşadır. Bədənin istilik tarazlığını qorumaq baxımından tərləmə mühüm şərtdir. Ancaq bu, həddindən artıqdırsa, problem var. Ən sıx tər vəziləri ovuclarda yerləşir. İlk növbədə, stres, həyəcan və ya qəzəb zamanı əllərdə müşahidə olunur. Eyni zamanda çox vaxt ayaqlar, bəzən qoltuq altları və üz (baş) nahiyəsində də ola bilər. Digər səbəblərinə bir anlıq əhval dəyişikliyi, istilik, hərəkət etmə, şiş, podaqra xəstəliyi, piylənmə, şəkərli diabet, civə zəhərlənməsi, qalxanabənzər vəzinin həddindən artıq işləməsi, menopoz, psixoloji pozğunluqlar, hamiləlik, yoluxucu xəstəliklər, ürək çatışmazlığı, hipoqlikemiya, narkotik, spirt aiddir. Bu kimi hallarla qarşılaşan vətəndaşların həkimə müraciət etməsi məsləhətdir"

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1823   Tarix: 03 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sevdiyiniz musiqi ağrını azalda bilər

İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr

30 oktyabr
.

Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə

Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. Qaynarinfo xəbər veri

7 oktyabr
.

Hansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?

Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis

6 oktyabr
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18 oktyabr
.

Dərinizdə bu əlamətlər varsa, diqqətli olun

Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi

17 oktyabr
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23 oktyabr
.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərinin inkişafına təsir göstərə bilər. Bu xəstəlik zamanı tər vəzilərinin olmamas

11 oktyabr
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır

20 oktyabr
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25 oktyabr