AYNA-ya ETİRAZ: "Bu yiyəsizlik nə qədər davam edəcək?"

AYNA-ya ETİRAZ: "Bu yiyəsizlik nə qədər davam edəcək?"Yazıçı, Xırdalan sakini Jalə İsmayıl 199 saylı marşrut avtobusunun intervalının uzunluğundan şikayət edib.

Yenicag.az xəbər verir ki, o bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

O, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə bu sualları ünvanlayıb:

"Kim nəzarət etməlidir xətdəki avtobus sayına? Avtobusların hansı vəziyyətdə olmağına? Bu yiyəsizlik nə qədər davam edəcək? "Faiqoğlu"nun 199-unda deyirlər ki, bir avtobus axırıncı dayanacağa girməmiş (Bakı Mühəndislik Universiteti – J.İ) dispetçer avtobus buraxmır xəttə.

Bu məntiq sərnişindaşımanın qaydasıdır? Hamısı belə işləyir? Sumqayıt yolu boyu əhali üst-üstə yığılıb gözləyir ki, son dayanacağa nə vaxt avtobus girəcək. Biz hər səhər hansı vəziyyətdə işə gəlib çıxırıq, düşünən var oralarda? Adamlıqdan çıxırıq! İnterval 8 dəqiqə olmalıdır, amma heç bir halda olmur!"

O,bu gün 4-cü avtobusa minə bilmədiyini qeyd edib

"Və sonuncudan 3-cü dayanacaqda gözləyirəm! O yol kənarında nə qədər əhali yaşadığından xəbəriniz varmı?

Hər səhər millət bir-birini yeyir avtobuslarda. Sükandakı sürücü sərnişinlə dava edir, sərnişinlər bir-birini qırır. Bu biabırçılığın sonu olacaq, ya yox?
"Faiqoğlu"nun 65-ində də uzun bir interval var. Şirkətin avtobuslarında kondisioner mütəmadi şəkildə işləmir. Sürücü deyir, kondisionerin gücü çatmır. Niyə? Bəlkə camaatı normadan iki dəfə artıq yığdığına görə? Bu gözüdoymaz şirkət daha nə qədər rentabelli olmaq istəyir??

Şikayətçini sosial mediada bloklamağı bacarır ancaq bu şirkət. Xırdalana tərəf bütün böyük marşrutları qapazlayıb, heç biri də normal işləmir. O qədər əhali sayına görə intervalı hələ 5 dəqiqəyə endirsə belə, azdır, bunlar interval uzadır ki, avtobus doldursunlar".

Qeyd edək ki, 199 saylı marşrut avtobusun hərəkət yolunun uzunluğu 28 km, dayanacaqlarının sayı isə 31-dir. Bakı Mühəndislik Universitetindən Yaşıl bazara qədər gedən avtobusda ən çox sərnişin Xırdalan şəhərinin Bakı-Sumqayıt yolundakı yaşayış hissəsi və Masazır qəsəbəsindən olur. Nəzərə alsaq ki, bu ərazilərdə yaşayan əhali sayı ilbəil artır, bir marşrut xətti ilə sərnişin daşınmasının öhdəsindən gəlmək olduqca çətindir. Bu ərazilərdə yaşayan sərnişinlər bir neçə il əvvəl Bakı Mühəndislik Universitetindən "20 Yanvar" metrostansiyasınadək işləyən 200 saylı avtobusdan istifadə edirdi. Bəlli olmayan səbəblərdən həmin maşrut xətti ləğv edildiyindən bu ərazidə avtobus problemi yaranıb. Bu da insanların səhərlər işə gecikməsinə, axşamlar isə avtobus minə bilməmələrinə səbəb olur.

Ümid edək ki, bu problemi nəzərə alan əlaqədar qurumlar onun həllinə çalışacaq. Yazıda adı keçən qurumların da mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 989   Tarix: 04 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr