"Evimi sök, pulumu ver" - Alatavalılar AYAĞA QALXDI- Tikinti şirkətləri necə fırıldaq edir? – VİDEO

"Evimi sök, pulumu ver" - Alatavalılar AYAĞA QALXDI- Tikinti şirkətləri necə fırıldaq edir? – VİDEOBakının Yasamal rayonu, Alatava-1 adlanan ərazisində yaşayan sakinlər evlərinin söküləcəyi günü səbirsizliklə gözləyirlər. Onlar illərlə dar, təmirsiz evlərdə yaşamaqdan bezdiklərini, normal şəraitli mənzillərlə təmin olunmaq istədiklərini bildirirlər.

Deyirlər ki, hər il gəlib evlərinin ölçülərini götürürlər, söküntü vəd edirlər, di gəl ki, bir nəticə olmur.

Alatavalılar uzun müddətdir ki, gələnin-gedənin ağzına baxır, xoş bir xəbər eşidəcəklərinə ümid edirlər. Amma nə fayda ...

"Mən 23 ildir ki, burada yaşayıram. İllərlə deyilir ki, Alatava sökülür. Gəlib ölçüb, gedirlər. Ancaq bir xəbər yoxdur. Gəlib söksünlər, biz də normal şəraitli mənzildə yaşayaq da", -sakinlərdən biri deyir.

Doğrudur, rayonun bir hissəsində söküntüyə başlanılıb. Amma bu, çox da geniş ərazini əhatə etmir. Ən böyük problem isə budur ki, sakinlər onlara verilən kompensasiya ilə razılaşmırlar. Deyirlər ki, hər kvadrat metrə 1400-1500 manat təklif olunur ki, bu da onlara yeni ev almaq üçün sərf etmir. Elə bu səbəbdən də evləri nisbətən kiçik və dar olanlar satıb oradan çıxırlar.

"Elə pul versinlər ki, heç olmasa gedib özümüzə şərait qura bilək. İllərlə övladlarım kirayədə qalırlar. Heç olmasa balalarımla bir evə yığışa bilim. Nə qədər dar evdə kök salıb qalmaq olar", -xanım sakin bildirir.

Mənzilləri yaxşı yerdə yerləşən və geniş olanlar isə şirkətlərlə mübarizədədirlər. Məhz elə bu səbəbdən də vətəndaşlar ərazidəki evlərini tərk etsin deyə tikinti şirkəti müxtəlif yollara əl atır.

Sakinlərin dediyinə görə, onların evlərinin ətrafını qazırlar və yaxud da ev yiyələri mənzildə ola-ola söküntü aparırlar.

"Ötən gün Alatavanın digər hissəsində sakin evdə olarkən söküntü aparmışdılar. Çox qorxmuşdu. Özləri qəsdən edirlər".

Qısa desək, sakinlər rahat mənzilləri, sahibkarlar isə üzü yola, ucuz pulla razılaşan ev yiyələrini əl-əl axtarırlar. Onlar arasında razılığın isə izi-tozu görünmür.

Moderator.az musavat.com-a istinadən sözügedən video-reportajı təqdim edir:

"Evimi sök, pulumu ver" - Alatavalılar AYAĞA QALXDI- Tikinti şirkətləri necə fırıldaq edir? – VİDEO"Evimi sök, pulumu ver" - Alatavalılar AYAĞA QALXDI- Tikinti şirkətləri necə fırıldaq edir? – VİDEO"Evimi sök, pulumu ver" - Alatavalılar AYAĞA QALXDI- Tikinti şirkətləri necə fırıldaq edir? – VİDEO"Evimi sök, pulumu ver" - Alatavalılar AYAĞA QALXDI- Tikinti şirkətləri necə fırıldaq edir? – VİDEO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1036   Tarix: 05 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr