Azərbaycanda göz rənginin dəyişdirilməsi qadağan ediləcək? - ARAŞDIRMA

Azərbaycanda göz rənginin dəyişdirilməsi qadağan ediləcək? - ARAŞDIRMABu günlərdə məşhur olan keratopiqmentasiya - göz rənginin dəyişdirilməsi əməliyyatını tənqid edənlərlə yanaşı, ona üz tutanların sayı az deyil. Daha çox xanımların müraciət etdiyi bu əməliyyatla gözlər istəkdən asılı olaraq mavi, yaşıl rəngə dəyişdirilir.

Sonxeber.az xəbər verir ki, "Qafqazinfo" olaraq geniş müzakirələrə səbəb olan keratopiqmentasiya ilə bağlı kiçik araşdırma aparıb. Məlum olub ki, 40-60 dəqiqə ərzində icra olunan bu əməliyyat ölkəmizdə hər iki göz olmaqla 9000 manata başa gəlir. Məbləğ seçilən rənglərə görə əlavə 1000-2000 manat arta da bilər. Əməliyyatdan sonra xəstəxanada qalmağa ehtiyac duyulmur, pasiyent elə həmin gün evə buraxılır.

Lakin hər şey bu deyilənlər qədər sadə, dəyişən göz rəngləri kimi gözəl deyil. Çünki dəyişən göz rəngi artıq ömürlük sizinlə qalır. Peşmanlıq çəksəniz, bu rəngi yenidən dəyişə bilməyəcəksiniz. Üstəlik, sözügedən dəyişimin sonradan gözlər üçün fəsadlara yol açacağı da istisna deyil.

"The Guardian" yazır ki, əvvəllər bu prosedur xəsarətlərin, infeksiyaların və anadangəlmə xəstəliklərin nəticələrini aradan qaldırmaq, yəni əsasən tibbi məqsədlər üçün istifadə edilirdi. Lakin hazırda keratopiqmentasiya sadəcə gözəllik məqsədilə olunan bir prosedur halını alıb.

Bəs bu əməliyyat necə həyata keçirilir?

Həkim lazer və ya iynədən istifadə edərək buynuz qişada kəsik edir və nəticədə irisin təbii rəngini maskalayan yerə piqment yeridir.

Amerika Oftalmologiya Akademiyası cari ilin yanvarında göz rənginin dəyişdirilməsi prosedurlarının doğuracağı təhlükələr barədə xəbərdarlıq yayıb. Bu təhlükələr sırasında buynuz qişanın zədələnməsi, bulanıq görmə, işığa qarşı həssaslıq, görmənin itirilməsi, allergik reaksiyalar, bakterial infeksiyalar, boyanın qeyri-bərabər paylanması, boyanın gözə sızması, boyanın gözə axması səbəbindən rəngin solğunlaşması var.

ABŞ-də göz rənginin dəyişdirilməsi əməliyyatının qiyməti təqribən 12 min dollar təşkil edir. Rusiya daxil, digər bir çox ölkədə isə ümumiyyətlə qadağandır. Böyük Britaniyada bu prosedura kosmetik məqsədlər üçün tamamilə qadağa qoyulub. Bunu etmək istəyənlər isə xarici ölkələrə getməyə məcbur olurlar.

Artıq ölkəmizdə də dəb halını alan bu prosedurların yarada biləcəyi problemlərlə bağlı tanınmış oftomoloq Paşa Qəlbinur sayta bildirib ki, göz rənginin dəyişdirilməsi əməliyyatını etdirən şəxslər gələcəkdə hətta kor ola bilər: "Bu əməliyyatlar demək olar ki, dünyanın bütün inkişaf etmiş ölkələrində qanunla qadağan edilib. Yalnız Kolumbiya kimi ölkələrdə bu qadağa yoxdur. İnkişaf etmiş ölkələrdə bu əməliyyatın yasaqlanmasına səbəb isə odur ki, sağlam gözə döymə (tatu) etmək olduqca təhlükəlidir. Döyməni bədənin müxtəlif hissələrinə edirlər, düzdür, bu da zərərlidir. Lakin gözdə etmək böyük fəsadlara yol açır. Vaxtilə bu əməliyyatın hələ qadağan olunmadığı illərdə dünyanın inkişaf etmiş ölkələrində proseduru etdirən tanınmış insanlar, aktyorlar, aktrisalar və başqaları daha sonra onun fəsadları ilə qarşılaşdılar, çox ağır xəstəliklərə tuş gəldilər".

Oftomoloq bu əməliyyatın Azərbaycanda da qadağan olunmasını vacib sayır: "Ən ucqar kənddə yaşayan, heç orta məktəb təhsili belə olmayan bir şəxsə yaxınlaşıb desəniz ki, "gəl, sənin gözünə döymə edim, rəngini dəyişim" o heç vaxt razılaşmaz. Çünki bunun çox təhlükəli olduğunu başa düşəcək. Bu gün o əməliyyatı etdirən şəxslər vaxt gələcək ki, çox peşman olacaqlar. Lakin dəyişə bilməyəcəklər. Buna görə də mən istəyərdim ki, əməliyyat qanunla qadağan edilsin. Bu gün ölkəmizdə həmin proseduru edən bir-iki həkim var. Mən özüm çox əməliyyatlar etmişəm və edirəm. Lakin bu əməliyyatı etmirəm. Çünki göz rənginin dəyişdirilməsi əməliyyatı həm günahdır, həm də cinayətdir. Hər hansı gənc qız, ya da oğlan bu gün toya gedəndə istəyirsə ki, gözü fərqli görünsün, bunun üçün kontakt linzalar geyinə bilər. Düzdür, onun da gözə zərəri var, lakin müvəqqəti istifadə etmək olar. Toya taxsın, gələndən sonra da çıxarsın. Amma bu əməliyyatı edəndən sonra çox eybəcər, bulanıq vəziyyət əmələ gəlir. Fəsadlarına isə bir gündən sonra da rast gəlmək olar, bir aydan sonra da. Gənc adam bunu etdirib kor olandan sonra nə olacaq? Artıq heç nəyi dəyişə bilməyəcək. Görməyən gözün də nə rəng olursa, olsun..."

Onu da bildirək ki, ölkəmizdə göz rənginin dəyişdirilməsi əməliyyatına üz tutanlar arasında tanınmış simalar da var. Bu əməliyyatı etdirən aparıcı Mətanət Əliverdiyeva sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər məşhur üzlərin belə riskli tibbi müdaxilələri etdirməyini təbliğat kimi qəbul edib və qəbuledilməz sayıblar.

M.Əliverdiyeva isə tənqidlərə belə cavab verib: "Vücudumda əməliyyat etməyən insanam. Yəni dəyişikliklər etmərəm və əməliyyatlara getmərəm. Amma "FLAAK" əməliyyatı elə bir şeydir ki, çox risklidir. Göz rənginin dəyişməsi əməliyyatına qəti şəkildə qərar verdim. Çünki hər zaman linzalardan istifadə edirdim. Bu dəfə isə dedim ki, linzalara son. Gözümün rəngi kimi həyatım da dəyişdi".

Maraqlısı budur ki, qara gözlərini yaşılla əvəzləyənlər bəzi sənədlərində də dəyişiklik etməli olacaqlar. Bu barədə hüquqşünas Rəhim Xoyski danışıb: "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanunda deyilir ki, şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) daxil edilən məlumatlara vətəndaşın gözlərinin rəngi də qeyd olunur. "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"də qeyd olunur ki, vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqə verən orqana müraciət etməlidir. Əgər nəzərdə tutulmuş hallarda və müddətdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişmədikdə, şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir. Qüvvədən düşmüş hesab edilən şəxsiyyət vəsiqəsi istifadədən çıxarılmalı, həmin sənədə dair məlumatlar İAMAS vasitəsilə Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürülməli, onun İAMAS-da aktiv statusu dəyişdirilməlidir".

Bundan başqa, vətəndaşlar eyni zamanda xarici pasportlarında da dəyişiklik etməli olurlar.

Qeyd edək ki, göz rəngimiz iris, yəni göz bəbəyindəki piqmentin (rəngli maddə) miqdarı ilə müəyyən edilir. Çox az piqmentli gözlər mavi, orta piqmentasiyalı gözlər isə yaşıl rəngdədir. Ölkəmizdə ən çox rast gəlinən qəhvəyi gözlər ən çox piqment ehtiva edən gözlərdir. Gözlərimizin hansı rəngdə olacağı, yəni nə qədər piqment istehsal edəcəyi genetik quruluşumuzla müəyyənləşir.
Azərbaycanda göz rənginin dəyişdirilməsi qadağan ediləcək? - ARAŞDIRMA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1524   Tarix: 05 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr