Ermənilər bu tarixdə separatçıları Bakıdan "qaçırmaq" istəyirlər: Görün nə planlaşdırıblar
09:06
Noyabr ayında Bakıda keçiriləcək COP-29 tədbiri ərəfəsində ermənilər həbsdə olan separatçıların "qaçırılması ssenarisi" üzərində müzakirələr aparır. Söhbət azad edilməkdən yox, məhz "qaçırılmaqdan" gedir, çünki hədəf rəsmi Bakıya beynəlxalq təzyiqi gücləndirmək, nəticədə separatçıları sərbəst buraxmasına məcbur etməkdir.
Publika.az xəbər COP-29 tədbiri ərəfəsində Bakıya təzyiq edilməsi məsələsi Ermənistanda son dövrlər intensiv şəkildə gündəmə gətirilir.
Xankəndidən İrəvana qaçan separatçılardan biri Artak Beqlaryan da bu haqda təkliflərlə çıxış edib.
O bildirir ki, Azərbaycan separatçıları həbsdən azad etməyəcək, buna görə lazım olan hər şey edilməli, hətta "qaçırılma planı" da hazırlanmalıdır. Separatçı "qaçırılma planı" olaraq beynəlxalq təzyiqi nəzərdə tutur.
"Azərbaycan beynəlxalq təzyiqdən praktiki olaraq yayına bilməyəcək. Biz 8 nəfərlik "rəhbərliyin" (separatçılar-red), eləcə də digərlərinin sərbəst buraxılması üçün hər şey etməliyik. Bunun üçün iki variant var. Birincisi, beynəlxalq təzyiqdir, ikincisi Ermənistan və Azərbaycan arasında danışıqların aparılmasıdır. COP-29-a qədər Ermənistanın həm beynəlxalq təzyiqi gücləndirmək, həm də beynəlxalq ictimaiyyətin diqqətini insan haqlarının pozulmasına yönəltmək imkanları var. Diaspordakı soydaşlarımız beynəlxalq təzyiqi artırmalı, həmçinin, hökumətlərə təsir etmək üçün informasiya kampaniyası aparmalı, müxtəlif təşkilatların diqqətini bu mövzuya yönəltməlidir", - o bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1331 Tarix: 10 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrHamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabr