Uşaqlarına sosial mediadan istifadə etməyi icazə verən valideyn yüksək məbləğdə CƏRİMƏLƏNSİN - TƏKLİF

Uşaqlarına sosial mediadan istifadə etməyi icazə verən valideyn yüksək məbləğdə CƏRİMƏLƏNSİN - TƏKLİFAvstraliya 14 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etməyə hazırlaşır. Hesabatda sosial medianın uşaqların psixi sağlamlığına mənfi təsirləri və asılılıq yaradan xüsusiyyətləri vurğulanıb. Qanun layihəsinə əsasən, 14 yaşından kiçik uşaqlar sosial media platformalarına valideyn razılığı olmadan daxil ola bilməyəcəklər. Əgər uşaqlar bu platformalarda qanunsuz olaraq hesab açarsa, sosial media şirkətləri cərimələnə bilər.

Bəs sözügedən qanun layihəsinin Azərbaycanda tətbiq edilməsinə ehtiyac varmı? Mövzunu Sonxeber.az-a danışan sosioloq Mətanət Məmmədova deyib ki, nəinki Avstraliyada, bütün dünyada 14 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilməlidir və bu bütün dünyanın gələcəyinin xilası deməkdir:

"Bu dünyaya böyük bir mesajdır. Uşaqlar bizim gələcəyimizdir. Azərbaycanda buna qoşularsa gələcəyimizi xilas etmiş olarıq. Məlumdur ki, sosial şəbəkələrdə valideynlər övladlarını reklam edirlər. Onların şirin dilindən istifadə edərək danışdırır, uşaqların videolarını paylaşırlar. Bütün bunlar bizim uşaqların gələcəyini məhv edən amillərdir. Sosial şəbəkələrə bütün dünya baxır. Uşaqlarımızı bu addımlarla sanki onları alverə çıxarmış oluruq. Onlardan bir növ alver kimi istifadə etmiş oluruq. Əksər valideynlər öz rahatlıqları üçün telefonları övladlarına verirlər. Biz böyüklər nəsə bir məlumat oxuduğumuz vaxt reklamlarla qarşılaşırıq. Uşaqlarda telefonlarda cizgi filmə baxanda, oyun oynadıqda həmin reklamları görürlər. Bu gün uşaqlarımız niyə həmin reklamları görməlidir?"

Sosioloqun sözlərinə görə, sosial şəbəkələrdə və orada olan reklamlar uşaqların dünyasına, yaşına zərbə vurur, uşaqları parlaq yox, çirkin bir gələcəyə hazırlayır:

"Ona görə də uşaqların birmənalı şəkildə mediadan, sosial şəbəkədən uzaq tutulması gözəl bir fikirdir. Biz nə qədər istəsək və maarifləndirmə aparsaq da valideynlər, uşaqlar bu əməldən əl çəkmirlər. Sosial şəbəkələrdə uşaqlar təqiblərə məruz. Onlar böyüyəndən sonra aralarında həmin videolara görə xəcalət çəkənlər olur. Görünür ki, dünyada baş verən hadisələr valideynlərə təsir etmir. 14 yaşına qədər uşağın sosial şəbəkədə olmasına birbaşa valideyn cavabdehdir. Smartfon telefonları uşaqları başından etmək üçün əlinə verməsələr belə hallar olmaz. Nəinki 14 yaş, 6 aylıq, 1 yaşında olan uşaqların əlində telefon görmək mümkündür. Saya biləcəyimiz nümunələr çoxdur. Həmin valideynlər bu əməllərinə görə böyük məbləğdə cərimələnməlidir. Bu məsələ qanun layihələrinə daxil olmalıdır. Qadağan olunması ilə birlikdə, bu əmələ əl atan valideynlərin cərimələnməsinin tərəfdarıyam".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1123   Tarix: 10 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr