Odlu silahlarla törədilən cinayətlərin qarşısını necə almaq olar? - AÇIQLAMA

Odlu silahlarla törədilən cinayətlərin qarşısını necə almaq olar? - AÇIQLAMABir müddət əvvəl DİN əhaliyə qanunsuz odlu silahları təhvil vermələri ilə bağlı çağırış etmişdi. Silahlarını təhvil verən vətəndaşlarla yanaşı verməyənlər də az deyildi. Son günlər ölkədə baş verən silahlı insidentlər də bunun sübutudur. Bəs görəsən vətəndaşların qanunsuz silahlarını təhvil vermələri üçün daha hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı "Polisə Dəstək" İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev Sonxeber.az -a açıqlamasında bildirib ki, əgər görülən tədbirlər bir nəticə vermirsə, cəzalar sərtləşdirilməlidir:

"Bu vaxta qədər Daxili Işlər Nazirliyi tərəfindən qanunsuz saxlanan odlu silahların yığılması ilə bağlı əhaliyə çoxlu müraciətlər, çağırışlar edilib. Bu sahədə çoxsaylı maarifləndirmə xarakterli tədbirlər keçirilib. Bu addımlar nəticəsində hətta valideyinindən miras qalan qanuni odlu silahları da təhvil verənlər oldu. Bu baxımdan cinayətlərin statistikasında odlu silahlarla törədilənlərin sayı nisbətən azalıb.

Amma bu belə hallar heç yaşanmır demək deyil. Bunun səbəbi cəmiyyətimizdə hələ də müəyyən fərdlərin çoban təfəkküründə olmasıdır. İnsanlar silahı özlərinə dost kimi qəbul edirlər. Düşünürlər ki, nə vaxtsa ona ehtiyac yaranacaq. Bu tamamilə yanlış bir düşüncə tərzidir. Azərbaycanı bu gün Amerikanın hər hansı bir ştatı ilə müqayisə etmək olmaz. Orada axşam saat 8-dən sonra bəzi küçələrdə ümumiyyətlə gəzmək təhlükəlidir. Hər an quldurluğa, soyğunçuluğa və digər ağır cinayətlərə məruz qala bilərsən. Bizimsə belə böyük problemlərimiz yoxdur".

Şəmsəddin Əliyev[ vurğulayıb ki, Bakının ətraf kəndlərində 2020-ci ildən və antiterror əməliyyatından sonra ordudan təxris olunmuş şəxslərdə silahların qalması ehtimalı var idi:

"Amma onlar da artıq yığılıb. Əhali silahların təhvil verilməsi çağırışına hörmətlə yanaşdı. Amma cəmiyyəti ağır cinayətlərdən sığortalamaq da mümkün deyil. İnsan olan hər yerdə hər bir hadisə gözləniləndir. Biz bu məsələyə başqa aspektdən yanaşmalıyıq. Əgər həyata keçirilən çoxsaylı tədbirlər, əhaliyə edilən çağırışlar nəticə vermirsə, yenə qanunsuz saxlanılan odlu silahlarla ağır cinayətlər törədilirsə, deməli cəzalar ağırlaşdırılmalıdır. Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə sanksiyanın sərtləşdirilməsinə ehtiyac var.

Bundan əlavə olaraq, bu məsələnin sadəcə xəbər saytlarında deyil, televiziya kanallarında da işıqlandırılması cəmiyyətin maariflənməsində mühim rol oynaya bilər. Çox istərdim ki televiziya kanalları bu kimi məsələlərə toxunsun. Çünki televiziya izləyiciləri daha çoxdur"

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 830   Tarix: 10 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr