AYNA Bibiheybət, 20-ci sahə, Bayıl sakinlərini avtobussuz qoyub

AYNA Bibiheybət, 20-ci sahə, Bayıl sakinlərini avtobussuz qoyubBakıda keçiriləcək Formula 1 yarışına görə, paytaxtın mərkəzi küçələrində hərəkət dünəndən tam dayandırılıb. Bu səbəbdən avtobusların marşrutu da dəyişdirilib.

Azneft dairəsi bağlı olduğu üçün Sahil qəsəbəsi, Şıx, Bibiheybət, 20-ci sahə və Bayıl istiqamətindən şəhərin mərkəzinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sadəcə iki avtobus 5 (50 qəpik) və 149 (70 qəpik) nömrəli avtobuslar təyin olunub. Lakin dünən Dövlət Yol Polisi (DYP) Lökbətan dairəsindən 149 nömrəli avtobusların şəhərə daxil olmasına icazə verməyib. Odur ki, bu istiqamətlərdən "Azneft"ə gəlmək istəyən və gəldikdən sonra axşam evlərinə qayıdan sakinlər yollarda qalıb və taksi sifariş etməyə məcbur qalıblar.

20-ci sahə - "Azneft" arasında hərəkət edən 5 nömrəli avtobusların isə sayı az olduğundan gec-gec gəldiyi üçün insanlar yenə də yollarda qalıb və ya sıxlıq olduğuna görə avtobusa minə bilmədikləri üçün "manatlıq" taksilərdən istifadə etməyə məcbur qlaıblar, hətta uzun yolu piyada getməyə məcbur qalanlar da olub.

Göründüyü kimi AYNA qeyd olunan ərazilərdəki sakinləri faktiki olaraq avtobussuz qoyub. 149 nömrəli avtobus xəttindəki sakinlər (Şıx, Bibiheybət, "Jirnalist binaları", "Şəhid ailələri və qazilərin binası, "Kristal Abşeron binaları") nəqliyyatsız qalıb, 20-ci sahə, bayıl əhalisi isə yalnız 5 nömrəli avtobusun ümidinə qalıb.

Onu da qeyd edək ki, hər il Formula 1-ə görə bu ərazilərdəki sakinlər bu cür çətinliklərlə qarşılaşırlar və əlavə xərcləri çıxır. Əslində isə Formula 1 dövlət tədbiri olduğu üçün Şıx, Bibiheybət, 20-ci sahə, Bayıl - "Azneft" arasında dövlət tərəfindən əhalinin daşınması pulsuz həyata keçirilə bilərdi.

Bəs nəqliyyatın hərəkətliliyini təmin etmək və ictimaiyyətdə narazılıq oyatmamaq üçün bu istiqamətdə hansı işlər görülə bilər?

Bu barədə nəqliyyat eksperti Aslan Əsədov Redaktor.az-a açıqlamsında danışdı.

Onun sözlərinə görə, Formula 1 kimi mühüm tədbirlərin ölkəmizdə keçirilməsi dövlətimizin xarici imicinə müsbət təsir edir, lakin bu zaman təşkilati işlərin də eyni tərzdə aparılması daha məqsədəuyğun olar:

"Hazırda şəhərimizdə tixacların sayı kifayət qədərdir və əlavə tədbirlərin keçirilməsi ilə ölkəmizə xarici qonaqların gəlməsi şəhəri daha da yükləyir. Belə tədbirlər keçirilərkən yüksək şəkildə idarə edilməlidir. Bu da birbaşa nəqliyyatla əlaqəlidir. Həmin yolların pulsuz avtobuslarla təmin olunması, yaxud ictimai ekspress avtobusların təşkil olunması, ödənişsiz parklanmalara icazə verilməsi təşkilatı işlərdən asılıdır. Bu kimi addımların atılması müsbət hal olardı".

Onu da qeyd edək ki, dünən mövcud problemlə bağlı AYNA-ya sorğu göndərsək də, bu saata qədər qurumdan nədənsə səs çıxmadı.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1510   Tarix: 10 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr