"Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər" Ramiz Rövşənin oğlu

"Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər" Ramiz Rövşənin oğlu"Azərbaycanca vikipediyada şəhidlərimiz haqqında məqalələrin silinməsi ilə bağlı mənə də çox sayda tanış-biliş suallar ünvanlayır. Mən 2007-ci ildən azərbaycanca vikipediyanın idarəçilərindən biriyəm. Amma son 3-4 ildə azərbaycanca vikipediyada olan haqsızlıqlar heç bəlkə onun buna qədər bütün tarixində olmayıb. Dəfələrlə vikipediyanın özündəki müzakirələrdə bu haqda yazdığıma, hətta müəyyən məsələlər haqqında "525-ci qəzet"ə bir müddət qabaq açıqlama verdiyimə görə, burada da bununla bağlı qısaca yazacağam". Bunu illərin vikipediaçısı, hazırda Azərbaycan dilində olan vikipediayada inzibati şəxslərdən biri, Xalq şairi Ramiz Rövşənin oğlu Rövşən Əliyev deyib.

O bildirib ki, son bir neçə ildir azərbaycanca vikipediyada bir qruplaşma yaranıb, o qruplaşmanın təmsilçiləri səsvermələrin nəticələrinə təsir edə biləcək səviyyədə azərbaycanca vikipediyanın idarəçilərinin sıralarına da sızıblar.

"Qruplaşmaya daxil olmayan inzibatçıların müəyyən hissəsini səsvermə yolu ilə idarəçilikdən uzaqlaşdıra biliblər. Yəni o qruplaşma hazırda Azərbaycan dilində olan vikipediyada hansı vikipediyaçının bloklanmasına, kimin idarəçi olmasına, hansı məqalənin silinməsinə, hansının qalmasına qərar verir.

Aktiv vikipediyaçılar da bilir ki, bu qruplaşmaya ən böyük etiraz edənlərdən biri mənəm, məni də uzaqlaşdırmaq üçün gah səsvermə keçirirlər, gah müzakirə açırlar – hələ ki, bir şey çıxmır, çünki azərbaycanca vikipediyada hələ müəyyən qədər bitərəf, qruplaşma üzvü olmayan vikipediyaçı var.

Amma bitərəf vikipediyaçıları bir az da "seyrəldəndən" sonra bu istəklərinə də nail olacaqlar. Məqalə silinməsinə gəldikdə - o qədər gərəkli məqalə siliblər ki... Şairlər, yazıçılar, alimlər, jurnallar, qəzetlər haqqında... Birinə yazırsan ki, bunu belə etməyin, silməyin, 5-i birdən tökülüşüb gəlir ki, vikipediya prinsipinə görə bu silinməlidir. Son vaxtlar azərbaycanca vikipediyada qəbul olunan müəyyən prinsipləri, xüsusilə də administrativ alətlərin idarəsi ilə bağlı olan prinsipləri də öz istəklərinə uyğunlaşdıra biliblər.

Adam illərlə zəhmət çəkib yazdığı məqalələrin bir anda silindiyini görəndə əlbəttə ki, həvəsdən düşür. Ona görə mən son vaxtlar çiçək-böcək haqqında məqalələri redaktə edirəm, çünki istənilən bitki və heyvan növü ensiklopedik sayılır, bu, ümumvikipediya prinsipidir. Amma məsələn, bizim "ağıllı" vikipediyaçılar bir prinsip quraşdırıb Səməd Vurğunu da qeyri-ensiklopedik şəxs çıxara bilərlər. Bir də ki, məqalələrini sildirdikləri alimləri, ziyalıları tanısaydılar, jurnalları, qəzetləri oxusaydılar, nədənsə xəbərləri olmuş olsaydı, dərd yarıydı.
Nəsə.. Son vaxtlar azvikidə gedən proseslərlə bağlı sadəcə 3 kəlmə deyə bilərəm. Təəssüf... təəssüf və təəssüf..."./Pravda.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1358   Tarix: 13 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr