Paytaxtda söküntü zamanı ətrafdakı evlərə ziyan vurulub - İDDİA

Paytaxtda söküntü zamanı ətrafdakı evlərə ziyan vurulub - İDDİABakıda söküntü işləri zamanı ətrafdakı evlərə zərər vurulub. Bir-birinə bitişik olan bəzi evlərin divarında iri çatlar əmələ gəlib.

"Xəzər Xəbər"ə müraciət edən paytaxtın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində yaşayan sakinlər belə iddia edirlər.

Dalan 2-ünvanında yaşayanlar deyirlər ki, bir müddət əvvəl ''Vialon'' tikinti şirkətinin əməkdaşları sözügedən ünvandakı fərdi evləri alıb, yerində bina inşa etmək üçün bəzi ailələrlə razılığa gəlib.

Amma 60-a yaxın ev sahibi ilə qiymətdə razılaşma olmadığı üçün mənzillərini tərk etməyiblər.

Sakinlər deyirlər ki, tikinti şirkəti onlara bir kvadratmetr üçün 1500-1800 manat kompensasiya ödəyir. Amma sakinlər yerləşdiyi ünvana görə bunun real bazar qiymətindən çox ucuz olduğunu əsas gətirərək şirkətlə müqavilə imzalamırlar.

Məsələ ilə bağlı ''Vialon'' tikinti şirkətinin rəhbəri Ramil Qasımov iddia etdi ki, söküntü işlərini onlar yox, razılığa gəldikləri ev sahibləri özləri aparıblar.

Tikinti şirkətinin rəhbəri onu da əlavə etdi ki, söküntü aparılan yerdə çoxmərtəbəli binalar yox, dördmərtəbəli müasir təhsil kompleksinin inşası nəzərdə tutulub.

Daha ətraflı süjetdə:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 698   Tarix: 16 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

MTK-lar sənədlərdə böyük göstərir, faktiki mənzil kiçik olur: vətəndaşın haqqı ayaqlar altındadır - AÇIQLAMA

Mənzil almaq bir ailə üçün həyatdakı ən böyük addımlardan biridir. Lakin MTK-ların bəzi hallarda sənədlərdə mənzilin sahəsini şişirdərək göstərməsi alıcıları böyük zərərə uğradır. Sonradan faktiki sahənin gözləniləndən xeyli az olduğu ortaya çıxanda, ödədikləri pulla əslində daha az sahəyə sahib olduqlar

24 dekabr
.

"Avromed Company" MMC-nin baş ofisində Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

"Avromed Company" MMC-nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib. Tədbir çərçivəsində tanınmış tədqiqatçı Fuad Axundov "İnqilabdan əvvəlki Bakının təbabəti" mövzusunda geniş və əhatəli təqdimatl

24 dekabr
.

Novruz Məmmədovun səhhətində problem yarandı

Azərbaycanın sabiq Baş naziri və Prezidentin Xarici siyasət məsələləri üzrə keçmiş köməkçisi Novruz Məmmədovun səhhətində problemlər yaranıb. Bakıvaxtı.az-a istinadən məlumatına görə, N.Məmmədov hazırda yaxşılaşır. Onun özü də saytımızın əməkdaşı ilə söhbətində vəziyyətinin yaxşılaşdığını bildirib. "Özüm

24 dekabr
.

Sumqayıtda binadan yıxılan 19 yaşlı qız SAĞDIR

Sumqayıtda çoxmərtəbəli binadan yıxılan qız sağ qalıb. Hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən yaşayış komplekslərinin birində qeydə alınıb. 19 yaşlı Aysel Əlizadənin yaşadığı mənzildən yıxıldığı bildirilir. O, dərhal xəstəxanaya çatdırılıb. "Səs-küyü eşidib, aşağı düşdüm. Dedilər ki, üçünc

23 dekabr
.

92 yaşlı kişi ilə 89 yaşlı arvadının meyiti tapıldı

Saatlı rayonunda 2 nəfər dəm qazından ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən rayonun Qara Nuru kəndində baş verib. Kənd sakinləri - 92 yaşlı İsmayılov İbrəhim Hüseyn oğlu və 89 yaşlı həyat yoldaşı İsmayılova Pəri Edil qızı yaşadıqları evdə dəm qazından zəhərlənərək vəfat ediblər. Faktl

24 dekabr
.

308 nömrəli məktəbdə uşaqlar "donur": 10 gündür istilik yoxdur

Bakıda yerləşən 308 nömrəli tam orta məktəb 10 gündür ki, istilik problemi ilə üz-üzədir. Məktəbə istilik verilmədiyi üçün həm ibtidai, həm də yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti ciddi şəkildə çətinləşib. xəbər verir ki, valideynlərin verdiyi məlumata görə, tədris müəssisəsində yalnız istili

23 dekabr
.

"Misli"nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatdı

"Misli"nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb. Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Misli" brendinin dəstəyi, Consensus İntellektual Mərkəzin təşkilatçılığı ilə keçirilən Peşəkar İntellek

23 dekabr
.

Ağdamda yeni hotel istifadəyə verildi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ağdam şəhərində "Hilton Garden Inn Agdam" hotelinin açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısına burada yaradılmış şərait barədə məlumat verilib. Bildirilib ki, ümumi ərazisi 2 hektardan çox olan mehmanxana 2, 6 v

23 dekabr
.

Xətaidə qaz olmayacaq

Paytaxtın Xətai rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə olacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar dekabrın 24-də saat 10:00-dan etibarən Xətai rayonunun M.Hadi, R.Məmmədov, Cavanşir və X.Məmmədov küçələrini

23 dekabr