O, İrəvandakı partiya iclasında soydaşlarımızın Ermənistandan köçürülməsi haqda Stalinin qərarının əleyhinə çıxış etdi?..

O, İrəvandakı partiya iclasında soydaşlarımızın Ermənistandan köçürülməsi haqda Stalinin qərarının əleyhinə çıxış etdi?.."...Əgər MK məsləhət bilərsə, Şuşa şəhəri istisna olmaq şərti ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə razılıq vermək olar, o şərtlə ki, əvvəllər Azərbaycan torpağı olmuş, indi də əksəriyyəti azərbaycanlılar yaşayan, dil və mədəniyyətindən daha şox məhrum olan, Azərbaycanla bilavasitə sərhəddə yerləşən Basarkeçər, Vedibasar, Qafan rayonları da Azərbaycanın tərkibinə verilsin"...

Sovet dövründə Ermənistanda müxtəlif vəzifələrdə çalışmış, görkəmli ictimai-siyasi xadim Talıb Musayevin 2008-ci ildə nəşr edilmiş "Ermənilər və faciələrimiz" kitabının sizlərə təqdim edəcəyimiz "Azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistandan deportasiya edilməsi nə vaxt, kimlərin köməyi ilə hazırlandı, həyata keçirildi və necə oldu ki, o, yarı yolda qaldı" başlıqlı bölməsində Rusiya imperiyasının xalqımıza qarşı apardığı bu amansız prosesin ilginc detalları açıqlanır. Müəllif Ermənistanda özünün iştirakçısı və şahidi olduğu bir sıra olayları nəql edir.

Beləliklə, aktuallığını nəzərə alaraq sözügedən materialı dəyərli Moderator.az oxucularının müzakirəsinə buraxırıq:

"1945-ci il noyabrın 28-də Ermənistanın sovetləşməsinin 25 illiyi münasibəti ilə İrəvanda - Mərkəzi Komitədə respublikanın rəhbər partiya-sovet orqanları rəhbərlərinin iştirakıyla geniş iclas keçirildi. Həmin geniş iclasda bu 25 ildə sovet Ermənistanının nə kimi böyük müvəffəqiyyətlərə nail olması qeyd olunmaqla qarşıda duran vəzifələrin necə yerinə yetiriləcəyi barədə Stalinə məktub da qəbul olunub göndərilməsi qərara alındı. Bununla əlaqədar Stalinə ayrı-ayrı məktublar qəbul olundu. Bu məktubların əsas mənasını erməni-azərbaycanlı münasibətləri, yeni ərazilərin əldə edilməsi və s. təşkil edirdi Məsələn, Naxçıvanın və Qarabağın Ermənistana birləşdirilməsi və s.

İclasda ermənilərin məşhur yazıçısı Hraç Köçəryan çıxış etdi. Sonra Ermənistanın sovetləşməsi münasibəti ilə Stalinin təbrik teleqramı oxundu. Burada Naxçıvan haqqında da qeyd vardı. Bundan istifadə edən ermənilər Stalinə məktub yazdılar ki, "yoldaş Stalin, Sizin tapşırıqlarınız hamısı qanun kimi yerinə yetirilir və həmişə də yetirilmişdir. Ancaq bizim zəif münasibətimiz və məsuliyyətsizliyimizin nəticəsində Naxçıvanın Ermənistanın tərkibinə verilməsi haqqındakı təklifiniz hələ də yerinə yetirilməmiş qalır. Xahiş edirik, sizin təbrik teleqramınızda işarə olunduğu kimi, Naxçıvanın Ermənistanın tərkibinə verilməsi barədə sərəncam verəsiniz. Yerli əhali də bunu tələb edir, istəyir"...

Bundan başqa, MK-nın katibi Arutyunovun imzasıyla Qarabağın Ermənistanın tərkibinə verilməsi barədə də Stalinə məktub yazıldı. Stalin məktub və teleqramı alandan sonra cavab vermişdi ki, "Naxçıvan məsələsi beynəlxalq qanunlara uyğun olaraq Lenin tərəfindən həll edilmişdir. Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir. Qarabağ haqqında olan məktub isə(yəni Arutyunovun məktubu) rəy üçün Azərbaycana göndərilmişdir".
Arutyunovun məktubunda yazılırdı:

"Qarabağda 132 min erməni yaşayır. Onların milli dildə öz ədəbiyyatını inkişaf etdirmək imkanı yoxdur. Onların bu və bu kimi tələblərini ödəmək üçün əvvəllər Ermənistanın dağlıq hissəsi olmuş, indi Azərbaycanın Dağlıq Qarabağı adlanan vilayətin Ermənistana verilməsi barədə sərəncam verməyinizi xahiş edirəm".

Məktub Azərbaycan tərəfindən alınan kimi Bağırov cavab yazmışdı:

"Birincisi, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. İkincisi, bir halda ki, ermənilər mədəniyyət, ədəbiyyat məsələsini irəi sürürlər, əgər MK məsləhət bilərsə, Şuşa şəhəri istisna olmaq şərti ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə razılıq vermək olar, o şərtlə ki, əvvəllər Azərbaycan torpağı olmuş, indi də əksəriyyəti azərbaycanlılar yaşayan, dil və mədəniyyətindən daha şox məhrum olan, Azərbaycanla bilavasitə sərhəddə yerləşən Basarkeçər, Vedibasar, Qafan rayonları da Azərbaycanın tərkibinə verilsin"...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1091   Tarix: 16 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr