Şimşək çaxıb, qısamüddətli yağış yağıb - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bununla bağlı Sonxeber.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Sentyabrın 16-sı saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Düşən yağıntının miqdarı Goranboy, Yardımlı, Astara, Daşkəsən, Gədəbəydə 1 mm-dək olub.
Sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi arabir Culfada 21 m/s, Gəncədə 20 m/s, Goranboyda 19 m/s, Tərtərdə 18 m/s, Bakıda və Abşeron yarımadasında isə 16 m/s-dək güclənib.
Şahdağ, Qrızda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 31, Aran rayonlarında 30, dağlıq rayonlarda 19 dərəcəyədək isti qeydə alınıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 506 Tarix: 16 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Novruz Məmmədovun səhhətində problem yarandı
Azərbaycanın sabiq Baş naziri və Prezidentin Xarici siyasət məsələləri üzrə keçmiş köməkçisi Novruz Məmmədovun səhhətində problemlər yaranıb. Bakıvaxtı.az-a istinadən məlumatına görə, N.Məmmədov hazırda yaxşılaşır. Onun özü də saytımızın əməkdaşı ilə söhbətində vəziyyətinin yaxşılaşdığını bildirib. "Özüm
24 dekabrSumqayıtda binadan yıxılan 19 yaşlı qız SAĞDIR
Sumqayıtda çoxmərtəbəli binadan yıxılan qız sağ qalıb. Hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən yaşayış komplekslərinin birində qeydə alınıb. 19 yaşlı Aysel Əlizadənin yaşadığı mənzildən yıxıldığı bildirilir. O, dərhal xəstəxanaya çatdırılıb. "Səs-küyü eşidib, aşağı düşdüm. Dedilər ki, üçünc
23 dekabr92 yaşlı kişi ilə 89 yaşlı arvadının meyiti tapıldı
Saatlı rayonunda 2 nəfər dəm qazından ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən rayonun Qara Nuru kəndində baş verib. Kənd sakinləri - 92 yaşlı İsmayılov İbrəhim Hüseyn oğlu və 89 yaşlı həyat yoldaşı İsmayılova Pəri Edil qızı yaşadıqları evdə dəm qazından zəhərlənərək vəfat ediblər. Faktl
24 dekabr308 nömrəli məktəbdə uşaqlar "donur": 10 gündür istilik yoxdur
Bakıda yerləşən 308 nömrəli tam orta məktəb 10 gündür ki, istilik problemi ilə üz-üzədir. Məktəbə istilik verilmədiyi üçün həm ibtidai, həm də yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti ciddi şəkildə çətinləşib. xəbər verir ki, valideynlərin verdiyi məlumata görə, tədris müəssisəsində yalnız istili
23 dekabrAğdamda yeni hotel istifadəyə verildi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ağdam şəhərində "Hilton Garden Inn Agdam" hotelinin açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısına burada yaradılmış şərait barədə məlumat verilib. Bildirilib ki, ümumi ərazisi 2 hektardan çox olan mehmanxana 2, 6 v
23 dekabrXətaidə qaz olmayacaq
Paytaxtın Xətai rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə olacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar dekabrın 24-də saat 10:00-dan etibarən Xətai rayonunun M.Hadi, R.Məmmədov, Cavanşir və X.Məmmədov küçələrini
23 dekabr