COP29 yaxınlaşır: Ermənistan törətdiyi ekoloji terror aktlarına görə CƏZALANDIRILACAQ? - ŞƏRH

COP29 yaxınlaşır: Ermənistan törətdiyi ekoloji terror aktlarına görə CƏZALANDIRILACAQ? - ŞƏRHBu ilin noyabrında ölkəmizdə COP29 tədbiri keçiriləcək. Ermənistan 30 ildir işğal altında saxladığı Azərbaycan ərazilərində meşə sahələrinə, bioloji müxtəlifliyə yeraltı və yerüstü təbii sərvətlərə zərər vurmaqla terror aktları törədib. Bununla bağlı kifayət qədər faktlar mövcuddur. Məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər edilib. Vaxt var idi ki, ermənilər Ermənistan ərazisində toplanan təhlükəli tullantıları işğal olunmuş Azərbaycan ərazisinə daşıyaraq orada basdırırdılar. Aparılan bərpa-quruculuq tədbirləri sayəsində Qarabağa həyat yenidən qayıdır.

Ermənistan tərəfinin COP29 iştirak edib-etməyəcəyi hələ də sual altındadır. Çünki qarşı tərəf bununla bağlı mövqe bildirməyin hələ tez olduğunu deyib. Bəs tədirdə COP29 tədbirində Ermənistanın işğal dönəmində ölkəmizə və bəşəriyyətə qarşı törətdiyi ekoloji cinayətlər ilə bağlı məsələ qaldırılacaq?

Mövzunu Sonxeber.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, COP29 dünyanın iqlim problemlərinə həsr olunub. Əlbəttə ki, burada Cənubi Qafqazdan da danışılmalıdır:

"Tədbiri keçirən ölkənin ekoloji fəlakətlə üzləşdiyi problemlər var. Ermənistan işğal dövründə və sonrasında ərazilərə ekoloji baxımdan zərbə vurub. Bu günün özündə belə Qərbi Azərbaycan adlandırdığımız tarixi torpaqlarımızda, Zəngəzurda, Göyçə mahalında ekoloji fəlakət törədilir. Göyçə gölü ekoloji fəlakətlə üzləşir. Metsamor AES təkcə öz ölkəsi üçün yox, ümumilikdə region üçün ciddi təhlükədir. Bu təhlükəyə iki kontekstdən yanaşmaq olar. Birincisi Metsamor AES kifayət qədər köhnə bir sistemdir. İstənilən vaxtda baş verə biləcək sızıntı bölgədə nüvə təhlükəsi yarada bilər. İstənilən vaxtda baş verə biləcək sızıntı bölgədə nüvə təhlükəsi yarada bilər. Digər tərəfdən Metsamorun buraxdığı radiasiya bitki örtüyünə, havaya ciddi zərər vurur. İğdır bölgəsi Metsamora yaxındır. İnsanlarda son 30-40 ildə xərçəng xəstəliyi sürətlə yayılır. Bunun əsas səbəbi kimi Metsamor AES qiymətləndirilir".

Siyasi şərhçinin sözlərinə görə, ekologiyaya vurduğu zərər və nüvə təhlükəsinə görə Metsamor AES sökülməlidir. Avropanın özü də bu məsələni gündəmə gətirir. Ermənistan söz vermişdi ki, 2005-ci ildə Metsamor AES ləğv ediləcək. Amma sözlərində durmadılar və prosesi uzatmağa davam edirlər:

"Tədbirdə bu məsələ gündəmə gətirilməlidir. Bu gün Ermənistanın törətdiyi ekoloji fəlakət Azərbaycana və Gürcüstana birbaşa təsir edir. Zəngəzurda mis zavodu var. Onları heç bir ekoloji qaydaları gözləmədən işlədiyinə dair məlumatlar var. Rəsmi Bakı bu məsələləri mütləq qaldıracaqdır. Bu bir fürsətdir və bugün dünyanın diqqəti adıçəkilən məqamlara yönləndiriləcək. Ermənistana müəyyən bir proqramlar təqdim edilməli və qəbul etdirilməlidir. COP29 bütün bu problemlərin həlli üçün əsas platforma olacaq".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 962   Tarix: 16 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr