Universitetlərdə qaib limitləri ləğv oluna bilərmi ? - AÇIQLAMA

Universitetlərdə qaib limitləri ləğv oluna bilərmi ? - AÇIQLAMASon günlər sosial şəbəkələrdə bəzi tələbələr universitetlərdə qaib limitinin ləğv olunmasını tələb edirlər. Universitetlərdə səhər növbəsinin dərsləri saat 08:00 - 8:30 arası başlayır və hər gün minlərlə tələbə yollarda kifayət qədər vaxt itirir, tıxac səbəbilə dərsə gecikir. Belə olan halda tələbə davamiyyət problemi ilə üzləşir. Qaib limitini keçən tələbə isə imtahana buraxılmır və o, avtomatik olaraq kəsilmiş hesab edilir. Bəs görəsən universitetlərdə qaib limitləri ləğv oluna bilərmi ?

Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən təhsil eksperti Vüsal Kərimli bildirib ki, qaib limitləri tələbələrin daha keyfiyyətli təhsil almaları üçün vacibdir:

"Bu xeyli zamandır müzakirə olunan bir mövzudur. Dünya təcrübəsinə nəzər yetirsək görərik ki, dərslərdə iştirak tələbənin keyfiyyətli təhsili üçün vacibdir. Bizdə universitetlər tələbələrə dərslərdə iştiraklarının qarşılığında 10 bal verir. Bu onların daha məsuliyyətli olması üçün atılan bir addımdır. Bəzən tələbələr bildirir ki, Avropada dərslərdə iştirak vacib deyil. Onlar qaib limitlərindən şikayət edirlər. Düşünürəm ki, tələbələrin dərsdə iştirakı vacibdir. Əgər tələbə dərslərdə iştirakla bağlı qaydalardan narazıdırsa, o zaman qiyabi təhsil alsın. Əyani təhsil seçimini özü edibsə, qaydalardan narazılıq etməməlidir. Bütün dərslərdə iştirak vacibdirmi ? Bəlkə də deyil. Amma universitetlər tələbələri dərslərə cəlb etmək, onları müəyyən biliklərə yiyələndirmək üçün bu qaydaları tətbiq edirlər. Əgər bu qaydalar olmasa, tələbələrdə rahatlıq yaranacaq. Bu da həm onların öz gələcəklərinə, həm də universitetin prestijinə zərər verəcək".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1252   Tarix: 16 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr