Azərbaycanda vəzifəli şəxslər cərimələndilər
Biləsuvar rayonunda yerləşən bələdiyyələrin sədrləri ilə bağlı toplu şəkildə inzibati protokol tərtib edilib.
Modern.az xəbər verir ki, Biləsuvar rayon Bələdiyyəsinin ardınca İsmətli, Dəvrişli, Səmədabad, Nəsimi, Əsgərabad, Aşağı Cürəli, Yuxarı Cürəli, Çaylı, Yuxarı Ağalı bələdiyyələrinin sədrləri haqqında İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü (yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
Qeyd edək ki, protokollar təsdiq edilərsə, bələdiyyə sədrləri 1000 manat məbləğində cərimə ediləcəklər.
13:56
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Biləsuvar bələdiyyəsinin sədri İlqar Vəlixan oğlu Abasova və rayonun Yuxarı Ağalı bələdiyyəsinin sədri Ehtibar Dəmir oğlu Əcəmova cərimə yazıb.
İqtisadiyyat.az xəbər verir ki, buna səbəb bələdiyyə sədrlərinin yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyi pozması olub.
Belə ki, nazirlik bələdiyyə sədrləri barəsində İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsinə əsasən cərimə protokolu tərtib edib.
Daha sonra protokollar baxılması üçün rayon məhkəməsinə göndərilib. İşlər hakim Rəfayil Əliyev və Mədinə Rəsulovanın sədrliyi ilə araşdırılacaq.
Protokol tərtib olunan maddədə deyilir ki, yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1135 Tarix: 16 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunması TƏKLİF OLUNUR
"Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunmasına ehtiyac var". xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında bildirib. "Bu çox geniş müzakirə olunur. Təbii ki, süni intellektin üstünlüyünü təbliğ edənlər çoxdur
11 sentyabrÖtmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
Ötən gecə Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 22:00 radələrində Elmir Məmmədlinin idarə etdiyi "Mercedes Vito" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan "Kamaz" markal
12 sentyabr"Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
"Toyota Bakı Mərkəzi"nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. Qaynarinfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, tanışı Tamerlan Əliyevin şikayəti əsasında məsuliyyətə cəlb edilib. Məlum olub ki, Vüsal 2014-cü ildən həmin şirkətdə çalışı
12 sentyabr"Ali təhsilə yeni standartların gətirilməsinə ehtiyac duyulur" - DEPUTAT
Avropa universitetləri, bu yaxınlarda isə ABŞ-də bir universitet Boloniya sistemi çərçivəsində üçillik bakalavr proqramına keçiblər. Dünyada baş verən trendləri nəzərə alaraq Azərbaycanda da "Ali təhsil haqqında qanun" layihəsinə yenidən baxmaq olar. xəbər verir ki, bunu Milli Məclisin deputat
11 sentyabrSabah 31 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var
11 sentyabrBirinci sinfə qəbula gecikən valideynlərin nəzərinə: Son tarix açıqlandı
Sentyabrın 16-da saat 11:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş qalan yerlərə məktəb və müəllim seçimi mümkün olacaq. Bu barədə -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilir
12 sentyabrTorpaq sürüşmələri niyə artıb? - AÇIQLAMA
Son günlər müxtəlif ərazilərdə baş verən torpaq sürüşmələri bu cür təbiət hadisələrinin yaranma səbəblərini və risklərin necə azaldılmasını gündəmə gətirir. Sürüşmələrə güclü və uzunmüddətli yağıntılar, torpağın su ilə doyması, relyef və geoloji quruluşla yanaşı, ağac örtüyünün məhv edilməsi və ərazid
11 sentyabr