Yeni tədris ilində qızılcanın yayılmasının qarşısını necə almaq olar?
Hazırda Azərbaycanda qızılca riski davam edir. 2023-cü ilin aprel ayından etibarən qızılca xəstəliyinin alovlanması qeydə alınıb. Xəstəliyin alovlanması nəticəsində, əsasən, qızılcaya qarşı peyvəndi olmayan uşaqlar və yeniyetmələr xəstələnib.
Artıq bu gündən Azərbaycanda yeni tədris ili başlayıb. Məktəblərin açılması ilə uşaqların eyni qapalı məkanda və bir-biri ilə sıx təmasda olması, müxtəlif infeksiyaların, o cümlədən qızılca xəstəliyinin yayılmasına səbəb ola bilər.
Bəs, bu xəstəliklərin qarşısını necə almaq olar?
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən "Trend"in sorğusuna cavab olaraq bildirilib ki, ölkədə 2023-cü ilin dekabr ayından başlayaraq qızılca xəstəliyinin yayılmasının qarşısını almaq və profilaktik tədbirləri gücləndirmək məqsədilə qızılca peyvəndindən kənarda qalan, qızılca xəstəliyi keçirməyən 10 yaşa qədər uşaqlar və 11-40 yaş arasındakı əhalinin qızılca əleyhinə vaksinasiyası həyata keçirilir.
"Bu müddət ərzində qızılca peyvəndindən kənarda qalan 48.734 nəfər uşaq və böyük yaşlı əhali qızılca-parotit-məxmərək (QPM) vaksini və qızılca-məxmərək (QM) əleyhinə vaksini ilə peyvəndlənməyə cəlb olunub. Hazırda immunlaşdırma tədbirləri davam etdirilir" , - deyə əlavə edilib.
Məsələ ilə bağlı açıqlama verən pediatr-reanimatoloq Qoşqar İsmayılov bildirib ki, sentyabr ayından etibarən virusların aktiv olduğu dövr başlayır.
"Xüsusən payız fəslində viral infeksiyalar daha çox yayılır. Bağçaların və məktəblərin açılması altı yaşa qədər uşaqlar arasında infeksiyaların yayılmasına səbəb olacaq. Bunun qarşısını almaq üçün bir neçə yol var. Birinci növbədə düzgün qidalanma, yuxu rejiminin qaydasında olması vacibdir. Bundan əlavə, peyvəndlənmə və vaxtında həkim qəbulunda olmaq infeksiyaların qarşısını almağa kömək edə bilər" , - deyə o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 595 Tarix: 17 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunması TƏKLİF OLUNUR
"Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunmasına ehtiyac var". xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında bildirib. "Bu çox geniş müzakirə olunur. Təbii ki, süni intellektin üstünlüyünü təbliğ edənlər çoxdur
11 sentyabrÖtmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
Ötən gecə Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 22:00 radələrində Elmir Məmmədlinin idarə etdiyi "Mercedes Vito" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan "Kamaz" markal
12 sentyabr"Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
"Toyota Bakı Mərkəzi"nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. Qaynarinfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, tanışı Tamerlan Əliyevin şikayəti əsasında məsuliyyətə cəlb edilib. Məlum olub ki, Vüsal 2014-cü ildən həmin şirkətdə çalışı
12 sentyabr"Ali təhsilə yeni standartların gətirilməsinə ehtiyac duyulur" - DEPUTAT
Avropa universitetləri, bu yaxınlarda isə ABŞ-də bir universitet Boloniya sistemi çərçivəsində üçillik bakalavr proqramına keçiblər. Dünyada baş verən trendləri nəzərə alaraq Azərbaycanda da "Ali təhsil haqqında qanun" layihəsinə yenidən baxmaq olar. xəbər verir ki, bunu Milli Məclisin deputat
11 sentyabrSabah 31 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var
11 sentyabrBirinci sinfə qəbula gecikən valideynlərin nəzərinə: Son tarix açıqlandı
Sentyabrın 16-da saat 11:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş qalan yerlərə məktəb və müəllim seçimi mümkün olacaq. Bu barədə -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilir
12 sentyabrTorpaq sürüşmələri niyə artıb? - AÇIQLAMA
Son günlər müxtəlif ərazilərdə baş verən torpaq sürüşmələri bu cür təbiət hadisələrinin yaranma səbəblərini və risklərin necə azaldılmasını gündəmə gətirir. Sürüşmələrə güclü və uzunmüddətli yağıntılar, torpağın su ilə doyması, relyef və geoloji quruluşla yanaşı, ağac örtüyünün məhv edilməsi və ərazid
11 sentyabr