Daha onlar üçün zəng çalınmayacaq...

Daha onlar üçün zəng çalınmayacaq...Məlum olduğu kimi, bu gündən 2024/2025 yeni tədris ilinə start verilib. Birinci sinfə gedənlərlə yanaşı, birinci kursa gedənlər də bu sevinci yaşayıb.

Ancaq təəssüf ki, bu il təhsilini davam etdirə bilməyənlər də olacaq. Bu, onların həyatlarının yarıda qalması ilə bağlıdır.

Bu ilin müxtəlif vaxtlarında, fərqli məkanlarda baş verən bədbəxt hadisələr onlarla tələbənin həyatına son qoyub.

Sonxeber.az Qafqazinfo-ya istinadən bu məqamda təhsili ilə yanaşı, həyatı da yarım qalan tələbələrdən bir neçəsi barədə məlumatları təqdim edir.

Bu il Naxçıvan Dövlət Universitetinin iki tələbəsi də faciəvi şəkildə ölüb. Belə ki, Astara rayon Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən Bazar gölündə batıblar. Hadisə zamanı Əlinin telefonu suya düşüb, onu götürmək istəyəndə sürüşüb gölə yıxılıb. Fəttah isə ona kömək etmək üçün suya atılıb və nəticədə hər ikisi boğularaq ölüblər.
Daha onlar üçün zəng çalınmayacaq...Bu ilin mayında Bakının Binəqədi rayonunun Goradil qəsəbəsində baş verən ağır yol qəzasında isə Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin IV kurs tələbəsi, 1999-cu il təvəllüdlü Tofiq Həsənov həyatını itirib.

Daha onlar üçün zəng çalınmayacaq...Azərbaycan Turizm və Menecment Universitetinin Turizm işinin təşkili fakültəsinin 3-cü kurs tələbəsi Raqib Rafiq oğlu Qədimov isə özünü asaraq canına qəsd edib. Hadisə bu ilin yanvarında qeydə alınıb.

Daha onlar üçün zəng çalınmayacaq...Eyni ayda Mingəçevir Turizm Kollecinin "Turizm işinin təşkili" ixtisasının qiyabi təhsil üzrə l kurs tələbəsi, 2002-ci il təvəllüdlü İsayev Nihad Şahin oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.
Daha onlar üçün zəng çalınmayacaq...Bu faciə ilə Bakı Dövlət Universitetinin SABAH qruplarının Kompüter elmləri ixtisasının III kurs tələbəsi Qasımov Sənan Mahir oğlu da üzləşib. O da yanvar ayında dəm qazının qurbanı olub.

Daha onlar üçün zəng çalınmayacaq...Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) III kurs tələbəsi İmran Əli oğlu Cəbrayılov da faciəvi şəkildə həlak olub. O,2024-cü ilin iyulunda dənizdə batıb.

Daha onlar üçün zəng çalınmayacaq...İmranla birgə Bakı Mühəndislik Universitetinin tələbəsi Nurməmmədli Rəsul Əli oğlu da dənizdə batıb. Həlak olan tələbələr dost olublar.
Daha onlar üçün zəng çalınmayacaq...Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Mehri Eldəniz qızı Məhəmmədova da həyatla erkən vidalaşıb. O, universitetin Məktəbəqədər təhsil fakültəsinin IV kursunda təhsil alırdı.
Daha onlar üçün zəng çalınmayacaq...Bakı Slavyan Universitetinin Şərqi Avropa Dilləri fakültəsinin II kurs tələbəsi Sevinc Bayramova isə qəflətən dünyasını dəyişib.
Daha onlar üçün zəng çalınmayacaq...Lənkəran Dövlət Universitetinin tələbəsi Maral Anar qızı Quluzadə erkən vəfat edib. M.Quluzadə universitetin Tarix-coğrafiya və incəsənət fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə təhsil alıb.

Daha onlar üçün zəng çalınmayacaq...UNEC-in İqtisadiyyat fakültəsinin tələbəsi Zərri Hacıyeva isə uzunsürən xəstəlikdən sonra vəfat edib. O, bu ilin martın 8-də Beynəlxalq Qadınlar Günündə dünyasını dəyişib.
Daha onlar üçün zəng çalınmayacaq...Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Murad Şəmistan oğlu Məmmədov isə yol qəzasında həyatını itirib.

Daha onlar üçün zəng çalınmayacaq...O, universitetin Qazax filialının Tarix ixtisasının əyani şöbəsinin II kurs tələbəsi olub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1710   Tarix: 17 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr