Ev tikmək üçün haradan icazə alınmalıdır?

Ev tikmək üçün haradan icazə alınmalıdır?Fərdi ev tikintisinə başlamaq istəyənlərin ən çox qarşılaşdıqları problem icazə ilə bağlıdır. Belə ki, vətəndaşlar bir çox hallarda ev tikmək üçün hara müraciət etməli olmaları barədə məlumatsız olurlar.

"Qafqazinfo"nun məlumatına görə, bu, ev tikintisinə başlanıldıqdan sonra müxtəlif problemlərin yaranması ilə nəticələnir.

Bəs, ev tikintisi zamanı hara müraciət edilməlidir? Bunun üçün icazə alınmalıdırmı?

Şəhərsalma və Tikinti Məcəlləsinə görə, torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı, icazə yox, məlumatlandırma icraatı həyata keçirilir. Onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.

Belə ki, şəxs tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə yerli icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma elektron qaydada (şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə) məlumat verir.

Həmçinin yuxarıda qeyd edilmiş tələblərə uyğunluğunun yoxlanılması üçün fərdi evin layihəsini, torpaq sahəsinin sənədi məlumata əlavə edilir. Sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin həmin sistem vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya şəxs tərəfindən təmin edilir.

Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində layihəyə dair irad bildirmədikdə tikinti işlərinə başlanıla bilər. İradlar olduqda, həmin iradlar qanunvericiliyə istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. On gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda, bu barədə məlumat şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət Reyestrinə ötürülür. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet səhifəsində yerləşdirilir.

Fərdi evin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti Fövqəladə Hallar Nazirliyi həyata keçirir.

Göründüyü kimi, hündürlüyü 12 metr, mərtəbələrinin sayı 3-dən çox olmayan fərdi evin tikintisi üçün icazə tələb olunmur. Lakin burada əsas məqam torpaq sahəsinin çıxarışlı olması və təyinatının fərdi yaşayış sahəsi tikintisinə imkan verməsidir. Yeri gəlmişkən, 2023-cü ilin oktyabrın 1-dən sonra çıxarışsız torpaq sahələrində tikilən obyektlər, o cümlədən fərdi evlər elektrik, istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmur.

Burada digər məqam isə tikintidə sıxlıq əmsalına əməl edilməsi ilə bağlıdır. "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"a əsasən həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin ərazinin tikinti əmsalı 0,4, ərazinin tikinti sıxlığı əmsalı isə 0,6 olmalıdır. Sıxlıq əmsalı dedikdə, tikilinin sahəsinin və altındakı ərazisinin torpağın sahəsinə olan nisbəti nəzərdə tutulur. Bununla da tikilinin altındakı ərazi torpağın sahəsinin 40 faizindən, tikilinin ümumi sahəsi isə 60 faizindən çox olmamalıdır. Bu o deməkdir ki, 2 sot torpaq sahəsində tikilən fərdi evin altındakı torpaq sahəsi 80 kvadratmetrdən, tikilinin ümumi sahəsi isə 120 kvadratmetrdən çox olmamalıdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1134   Tarix: 17 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr