Tələbələr üçün gediş haqqı pulsuz olsun - Deputatdan TƏKLİF
Xəbər verdiyimiz kimi sentyabrın 16-da ölkənin bütün ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində yeni dərs ili başlayıb. Bu gün təklif olunan məsələlərdən biri də tələbələr üçün gediş haqqının pulsuz olması məsələsidir. Övladları ali məktəblərdə oxuyan bir çox valideynlər gediş haqqına pullarının çox çıxdığını bildirir. Hətta elə valideynlər var ki, iki və ya üç övladının gediş haqqı xərclərini ödəməli olur. Əlbəttə bu da ailələrə müəyyən çətinlik yaradır. Tələbələr üçün gediş haqqı pulsuz ola bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, tələbələr üçün gediş haqqının pulsuz olması məsələsi ara-sıra gündəmə gətirilir və təkliflər verilir:
"Hesab edirəm ki, bu məsələ mütləq müzakirə edilməlidir. Bu gün elə tələbələrimiz var ki, ödənişli əsaslarla təhsil alır. Həm gediş haqqı, həm də təhsil haqqının ödənilməsi valideynlər üçün böyük yükdür. Nəzərə alsaq ki, elə valideynlər var ki, iki və daha artıq övladının təhsil və gediş haqqı xərclərini ödəməli olur. Qeyd edim ki, bu gün Bakıda öz evlərində yaşayan tələbələrlə yanaşı, regionlardan təhsil almaq üçün gələn tələbələrimiz də var. Həmin tələbələrin valideynləri onların kirayə, qida, kommunal xərcləri ilə yanaşı gediş haqqı xərclərini də ödəməli olur. Bəzi ölkələrdə tələbələr üçün ya güzəştlər edilir, ya da onlar ümumiyyətlə gediş haqqından azaddırlar. Məqsəd də tələbəni gündəlik məişət qayğılarından uzaqlaşdırmaq və onların fikrini öz dərslərinə yönəltməkdir".
Deputat qeyd edib ki, Bakının ətraf kənd, rayonlarda yaşayan tələbələrimiz universitetlərinə getmək üçün iki və ya artıq avtobus dəyişməli olur:
"Eləcə də Sumqayıtda yaşayan tələbələr. Ona görə də düşünürəm ki, gediş haqqı ilə bağlı tələblərə güzəşt olunmalıdır. Ya yarı qiymətinə, ya da tamamilə pulsuz ola bilər. Tələbələrin təhsil haqqından azad olunması onların ailə büdcəsinə böyük qatqıdır. Hesab edirəm ki, bununla bağlı səlahiyyətli qurumlar öz təkliflərini hazırlanmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1175 Tarix: 17 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Temperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabr17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabr3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrYeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabr