Tıxacların davam etməsinin səbəbi nədir ? - AÇIQLAMA
Əvvəllər günün pik saatlarında tıxaclarda qalırdıqsa, hazırda günün istənilən vaxtında tıxac problemi ilə üzləşirik. "Formula1"in bitməsinə baxmayaraq tıxacların davam etməsi sürücülərin narazılıqlarına səbəb olur. Bəs görəsən tıxacların hələ də davam etməsinin səbəbi nədir ?
Mövzu ilə bağlı Sonxeber.az- a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, tıxacların davam etməsinə səbəb ölkəmizdə gedən COP29-a hazırlıq işləri ilə bağlıdır:
"Tıxacın davam etməsi avadanlıqların hələ də sökülməməsi ilə bağlıdır. Digər tərəfdən COP29 -la bağlı müəyyən hazırlıq işləri görülür. Bu da öz növbəsində müəyyən çətinliklər yaradır. Yollarda hələ də təmir işləri gedir. Rənglənmə,binaların fasadlarının təmiri işləri davam edir. Bunun üçün kranlar, qaldırıcı qurğular, müxtəlif texniki vasitələr istifadə olunur. Bunların hamısı yolda hərəkətə təsir göstərir. Ümid edirəm ki, bu işlər bitdikdən sonra müəyyən irəliləyiş əldə olunacaq. Hazırki vəziyyətdə bunu tez bir zamanda bitirmək mümkün deyil. Çünki bu işlər görülməlidir. Belə mötəbər bir tədbirə hazırlaşırıq. Şəhərimiz rahat və təhlükəsiz, gözəl və xoş görünməlidir. Biraz təmkinli olmaq lazımdır. İctimai nəqliyyat inkişaf etdirilməlidir. İlin sonuna qədər ölkəmizə 160 yeni elektrikli avtobus gətiriləcək. Sahibkarlar tərəfindən də 100-dən artıq avtobus gətirilməsi nəzərdə tutulur. Avtobusların sayı artdıqca ümid edirəm ki, yollarda sıxlıq azalacaq. Ən azından gündəlik işə, evə gedənlər ictimai nəqliyyatdan istifadə etsələr, müəyyən müsbət nəticə əldə oluna bilər"
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 948 Tarix: 17 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Temperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabr17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabr3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrYeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabr