"Yelo bank" şəhid atasını borca görə məhkəməyə verdi: "Yoxumdur axı, olsa, ödəyərəm" - VİDEO
2023-cü ilin sentyabr ayında Qarabağda keçirilən antiterror əməliyyatlarında qəhrəmancasına şəhid olmuş oğullardan biri Məhərrəmov Cavad Sadiq oğlu Lerik rayonunun Almu kənd qəbristanlığında uyuyur. Ümumilikdə Almu kəndi Qarabağ uğrunda 6 şəhid verib, onlardan daha ikisi – Məlikov Vüsal Bəxtiyar oğlu və Tahirli Natiq Namiq oğlu da kəndin məzarlığında dəfn edilib.
Lənkəran-Lerik magistralından sola ayrılan 5 km-lik qum-çınqıllı yolla, meşənin içərisi ilə, dəniz səviyyəsindən təqribən 900 metr yüksəkliyə qalxıb Almuya yetişirik. İlk üz tutduğumuz ünvan şəhidimizin məzarı olur. Elə Cavidin atası Sadiq Məhərrəmovla birgə şəhidimizin məzarı başında qurulmuş evini – əbədi məkanını ziyarət edirik. Gələn ay şəhidliyinin birinci ildönümü qeyd olunacaq Cavid Məhərrəmov Müddətdən Artıq Xidmət Edən (MAXE) olaraq xidmətdə olub, Vətən torpaqlarının azad olunması uğrunda döyüşlərdə cəngavər kimi döyüşüb və Ağdərənin azad olunması əməliyyatında düşmən snayperi onu ürəyindən vurub. Qəhrəmanımızın atası Sadiq bəy oğlunun keçdiyi döyüş yolundan danışarkən məlum olur ki, ikinci oğlu da 8 aydır hərbi xidmətdədir, üçüncü oğlu isə oktaybrda Vətən borcunu ödəmək üçün əsgər gedəcək. Amma üzücü hal budur ki, Vətənə sipər oğulların atası özü borc içərisindədir. Elə "Yeni Müsavat"a dərdini danışmaq üçün müraciət etməsinə səbəb də məhz atanın öz borcu – bank kreditinə görə məhkəməyə verilməsi olub.
Belə ki, şəhid Cavid Məhərrəmov şəhadətə qovuşmazdan öncə ev tikdirmək üçün "Yelo bank"dan 15 min manat kredit götürməyi tövsiyə edib. Bildirib ki, krediti aybaay öz maaşından ödəyəcək, təki atası evin inşaasına başlasın. Köhnə, yağış, qar yağarkən otaqlarına su daman iki otaqlı evi təmir etdirməyin mənasız olduğunu görən Cavid məsləhət görüb ki, ikimərtəbəli ev tikilsin, ata-anası və qardaşları ilə bir yerdə yeni evdə yaşasınlar. Qismət olmayıb, kredit götürülüb, ilk mərtəbə tikilib, iki aylıq ödənişdən sonra Cavid şəhid olub. Heç yerdə işləməyən Sadiq kişinin imkansız vəziyyətdə olması səbəbindən kreditin sonrakı ayları ödənməyib və iş məhkəməyə gedib çıxıb. Məzar başında atanı dinlədikdən sonra evə baş çəkirik, həm qəzalı vəziyyətdə olan, Xüsusi Təyinatlı Cavidin son yadigarlarının da toplandığı köhnə mənzilə, həm də şəhidimizin kreditlə binovrəsini qoyduğu yarımçıq tikiliyə… Daha yaxşısı budur oxucularımız şəhid atasının özünü dinləsinlər.
Musavat.com şəhid atası Sadiq Məhərrəmovun göz yaşları içərisində əlaqədar qurumlardan dəstək müraciətini, ümumiyyətlə, şəhid ailəsinin gerçək durumunu təqdim edir. Ümid edirik ki, müvafiq qurumlar məsələyə humanizm nöqteyi-nəzərindən yanaşacaqlar, əliqabarlı şəhid atasının müraciətinə biganə qalmayacaqlar.
P.S.Adı çəkilən bank rəhbərliyinin və digər əlaqədar qurumların mövqeyini dərc etməyə hazırıq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Bu günə olan qızıl və gümüş qiymətləri
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?