Binadan gələn pis qoxunun səbəbi evində ölən şəxs imiş
Muratpaşa rayonu, Meydankavağı məhəlləsində yerləşən 4 mərtəbəli yaşayış binasının sakinləri binadan gələn pis qoxudan şikayət edərək vəziyyəti binanın müdirinə bildiriblər.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, müdir pis qoxunun 4-cü mərtəbədən gəldiyini müəyyən etdib. Mənzildə yaşayan Seyfəddin Özzencirlə əlaqə saxlamağa çalışıb.
Bütün zənglərinə baxmayaraq Özzencirlə əlaqə saxlaya bilməyən bina müdiri vəziyyəti 112 Təcili Zəng Mərkəzinə çatdırıb.
Məlumat üzərinə polis, təcili tibbi yardım və xilasetmə qrupları mənzilə sövq edilib. Yayılan kəskin qoxuya görə maska taxmaq məcburiyyətində qalan qruplar içəri girəndə tək yaşayan Seyfəddin Özzencirin öldüyünü müəyyən ediblər.
Hadisə yerinə prokuror və hadisə yeri araşdırma qrupları cəlb edilib. Vəziyyət Özzencirin yaxınlarına bildirilib.
Binaya Seyfəddin Özzencirin qızı Merve, oğlu Mert, keçmiş həyat yoldaşı, qardaşı və digər yaxınları da gəlib.
Dərin kədərlənən Özzencirin qızı Merve ayaqda durmaqda çətinlik çəkib. Yerə yıxılan gənc qızı qardaşı Mert qucaqlayaraq sakitləşdirməyə çalışıb.
Hadisə yerinin araşdırılmasının ardından Seyfəddin Özzencirin meyiti tibbi ekspertizaya aparılıb.
Ekspertiza Özzencirin tapılmazdan bir həftə əvvəl öldüyünü müəyyənləşdirib.
Araşdırma zamanı Özzencirin 8 gün əvvəl qonşusu ilə mübahisə etdiyi və polisin onun barəsində şikayət aldığı öyrənilib.
Hadisə ilə bağlı istintaq başladılıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1557 Tarix: 17 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rektorun anası koronavirusdan vəfat etdi
Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!
13 sentyabr 2021Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO
Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə
14 sentyabr 2021Avtoxuliqan polisi maşınla vurub
Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi
17 sentyabr 2021Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda
11 sentyabr 2021Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi
Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib
15 sentyabr 2021Sabirabadda ağır qəza - Ölən və yaralılar var
Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb
12 sentyabr 2021Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı
Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl
11 sentyabr 2021Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı
Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır
12 sentyabr 2021Mingəçevirdə minik avtomobili kül oldu
Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
11 sentyabr 2021