Ölülərin yenidən "dünyaya gəldiyi" ölkə: Azyaşlı qızlar hansı yolla müqəddəs ilahəyə çevrilirlər?

Ölülərin yenidən "dünyaya gəldiyi" ölkə: Azyaşlı qızlar hansı yolla müqəddəs ilahəyə çevrilirlər?"Oralarda necədir?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Bakıdan 3 518 kilometr uzaqlıqda yerləşən, özünəməxsus adətləri, dili və təbiəti olan Himalay dağ silsiləsi ilə əhatələnən Nepal və onun paytaxtı Katmandudan bəhs olunub.

Katmandu təhlükəsiz şəhər hesab olunur. Ən böyük problemləri isə rüşvətxorluqdur. Maaşlar az olduğuna görə hər kəs daha çox pul qazanmaq üçün rüşvət alır. Amma bu amil ruhən təmizlənmək üçün bura gələn turistlərin sayını azaltmır.

Nepallılar dindardırlar. Onların hətta canlı və müqəddəs hesab etdikləri, 5 yaşındakı Kumari adlanan ilahələri var.

Kumari ilahəsi olan balaca qız məbəddə ailəsi ilə birlikdə yaşayır və o, bütün günü orada oturur.

Kumari ilahəsi vəzifəsini yerinə yetirəcək balaca qızlar ciddi müsabiqə əsasında seçilirlər. Katmandu əhalisi inanır ki, seçilən qızın daxilində müqəddəs ruh məskən salıb. Balaca müqəddəslər cinsi yetkinliyə çatana qədər Kumari ilahəsi statusuna malik olurlar. Daha sonra isə bunun üçün yeni müsabiqə elan olunur. Amma bu müsabiqə yalnız xüsusi kasta nümayəndəsi olan kiçik qızlar arasında keçirilir.

Kumari ilahəsi seçilmək üçün balaca qızlar 32 parametrə cavab verməlidirlər. Məsələn, kirpikləri inəkdəki kimi uzun olmalı, bütün süd dişləri yerində olmalı və qaranlıq otaqda səssiz oturmalıdırlar. Namizədlərdən kim daha çox qaranlıq otaqda qala bilsə, o da Kumari ilahəsi adını qazanır.

Adi və kasıb nepallı balaca qız bir anda ilahə olur və hər kəs ona ibadət edir. Qayğısız keçən bir neçə il xalqın sevgisini hiss edirlər. Vaxtı çatanda isə məbədi tərk edib adi həyata qayıdırlar. Bu, onlar üçün asan olmur.

Nepalda ölməyə həyatın sonu kimi baxmırlar. Bu, yeni həyatın başlanğıcıdır. Yenidən dünyaya gəlmək üçün xüsusi ritualdan keçmək lazımdır.

Katmandudakı məşhur Paşupatinakh məbədindəki krematoriyada dünyasını dəyişən insanı doğmalarının gözü önündə yandırırlar. Katmandu əhalisinin, bəlkə də, hamısı o biri həyatlarına burada bu ritual vasitəsilə keçid etməyi arzulayır. Amma bu, hər kəsə nəsib olmur.

Kremasiya 132 dollar, yəni 224 manat təşkil edir. Buna pulu çatmayanlar 40 dollara, yəni 68 manata elektrikli krematoriyaya müraciət edirlər. Ritual ümumilikdə dörd saat çəkir. Üç saat ərzində dünyasını dəyişən insan külə dönür və bu kül çaya səpilir. Çay isə onu müqəddəs hesab edən Qanq çayına axıdır. İnanca görə, bu an ruh yenidən dünyaya gəlir.

Ətraflı Baku TV-nin süjetində:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1441   Tarix: 19 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr