"Bir günlük antiter­ror tədbirləri ilə Azərbaycan tam olaraq ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etdi" - DEPUTAT

"Bir günlük antiter­ror tədbirləri ilə Azərbaycan tam olaraq ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etdi" - DEPUTATBu gün - sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Həmçinin, Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, cənab prezident İlham Əliyevin Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında imzaladığı sərəncam əminəm ki, hər bir Azərbaycan vətəndaşını qürurlandırdı:

"Lokal xarakterli antiterror tədbirləri üçtərəfli bəyanatın müddəalarının təmin olunması sürətləndirdi. Antiter­ror tədbirlərindən sonra genişmiqyaslı təxribatların qarşısı alındı və Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarıldı. Ən önəmlisi isə işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçuların təhlükəsizli təmin olundu.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfərdən sonra Ermənistan 3 il ərzində Ermənistan 10 noyabr üçtərəfli bəyanatının müddəalarına əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən yayınırdı. Xüsusilə Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarından çıxıarılması ilə bağlı. Çünki Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarında qalması regional sülh və sabitlik üçün ciddi təhlükə yaradırdı. 2023-cü ilin yay aylarında Ermənistan silahlı birləşmələri tərəfindən sistemli şəkildə müxtəlif təxribatlar törədilirdi və Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulur, ərazilərimizin minalanması davam etdirilirdi. 2023-cü il sentyabrın 19-da erməni silahlı qüvvələri yenidən bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətməsi nətiəsində Ağdam və Şuşa şəhərlərində iki mülki əməkdaş həlak oldu. 2020-2023-cü illər ərzində dövlətimiz tərəfindən Ermənistana və beynəlxalq təşkilatlara müraciət etsə də qarşı tərəf üzərinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırırdı. Əlbəttə, Azərbaycan Ermənistanın məsuliyyətsizliyinə və təxribatlarına göz yuma bilməzdi. Elə də oldu. Azərbaycan öz torpaqlarında təhlükəsizliyi təmin etmə hüququndan istifadə edərək lokal xarakterli antiter­ror tədbirlərinə başladı".

Deputat qeyd edib ki, cəmi 23 saat 43 dəqiqə davam edən antiter­ror tədbirləri nəticəsində erməni separatçılar ağ bayraq qaldıraraq təslim olmağa məcbur oldu:

"Sentyabrın 28-də da Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. 24 saatdan az müddətdə davam edən antiterror tədbirləri nəticəsində qanunsuz şəkildə Azərbaycan torpaqlarında fəaliyyət göstərən Ermənistan ordusu tam şəkildə tərksilah edildi və Qarabağda qeyri-qanuni xunta rejimi ləğv olundu, separatçıların əsas rəhbərləri həbs edildi. Bir günlük antiter­ror tədbirləri ilə Azərbaycan tam olaraq ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etdi. Ən önəmlisi isə bir günlük antiterror əməliyyatı Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa etdi".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 933   Tarix: 19 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr