"Dövlət Suverenliyi Gününün təsis edilməsi hər bir Azərbaycan vətəndaşının arzusu idi" - Emil Əkbərov

"Dövlət Suverenliyi Gününün təsis edilməsi hər bir Azərbaycan vətəndaşının arzusu idi" - Emil ƏkbərovPrezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

Bununla bağlı Sonxeber.az-a danışan "BiG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib ki, cənab prezident İlham Əliyevin Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında imzaladığı sərəncam hər bir vətəndaşımızın, xüsusilə şəhid ailələrinin böyük arzusu idi:

"Cənab prezidentin imzaladığı bu sərəncam həm 44 günlük Vətən müharibəsi dövründə həm də antiter­ror tədbirlərində şəhid olan oğullarımızın ruhuna böyük ehtiramdır. Bilirsiniz ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Cəmi 23 saat 43 dəqiqə davam edən antiter­ror tədbirləri Ermənistanın 3 ilə yaxın müddətdə yerinə yetirmədiyi üçtərəfli bəyanatın 4-cü bəndinin icrasını tezləşdirdi. Bəyanatın 4-cü bəndinə əsasən Ermənistan silahlı qüvvələri Qarabağ ərazisindən çıxarılmalı idi. Amma Ermənistan Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən silahlı qüvvələrini çıxarmaqdan boyun qaçırırdı. Ermənistan 3 il ərzində Azərbaycan tərəfinin xəbərdarlığından nəticə çıxarmadı, ərazilərimizin minalanmasını davam etdirdi və sistemli şəkildə təxribatlara əl atdı. Həmin təxribatların nəticəsində Ağdam və Şuşa şəhərlərində iki mülki əməkdaş həlak olub. Azərbaycan Ermənistanın növbəti işğalçı siyasətinə göz yuma bilməzdi. Çünki Azərbaycan torpaqlarında qanunsuz fəaliyyət göstərən erməni silahlı qüvvələri suverenliyimizə və ərazi bütövlüyümüzə təhdid idi. Ona görə də Azərbaycansentyabrın 19-u Azərbaycan Qarabağda lokal xarakterli antiter­ror tədbirlərinə başladı".

Emil Əkbərov qeyd edib ki, cəmi 23 saat 43 dəqiqə davam edən antiter­ror tədbirləri ərazi bütövlüyümüzü və dövlət suverenliyimizi tam bərpası ilə nəticələndi:

"Azərbaycan ordusunun qarşında tab gətirməyən erməni separatçılar ağ bayraq qaldıraraq təslim oldu, Qarabağda qeyri-qanuni fəaliyyət göstərən xunta rejimi ləğv olundu. Ən önəmlisi isə separatçıların əsas rəhbərləri həbs edilərək Bakıya gətirildi. Bir sözlə cəmi 23 saat 43 dəqiqə davam edən antiter­ror tədbirləri Ermənistana, onun havadarlarına Azərbaycan ordusunun gücünü bir daha sübut etdi".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1111   Tarix: 19 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr