Ermənilər Naxçıvanı bu postlardan ATƏŞƏ TUTUR - VİDEO
Naxçıvanın şimal qərbində - Ermənistanın şərti sərhəddə postları görüntülənib.
Sonxeber.az xəbər verir ki, "İTV Xəbər Yekun"un çəkiliş qrupu sözügedən bölgədə olub. Ermənistan postları ilə əhatələnmiş qəsəbə Naxçıvanın Sədərək rayonunun Heydərabad qəsəbəsidir. Bir müddət əvvəl bu qəsəbə yenidən Ermənistan tərəfindən Arazdəyən kəndi istiqamətindən atəşə məruz qaldı. Qəsəbə bir neçə erməni postları ilə əhatələnib. Evlər, məktəblər, hər bir şey isə öz yerindədir. Amma başını qaldırıb ətrafa və dağlara baxdıqda mənzərə görmək istəsək bu mümkün deyil. Çünki görə biləcəyimiz tək şey erməni postlarıdır:
"Burada postlar çoxdur. Cintəndiri deyilən bir ərazidə post yerləşir. Ucumiz deyilən ərazidə erməni postu mövcuddur. Saymaqla tükənməz".
Bir neçə gün əvvəl ermənilər Naxçıvanı o postlardan atəş tutmuşdu. Heydərabad sakinləri deyir ki, qəsəbədə tez-tez atəş səsləri eşidilir. Ermənilər hətta snayperlə yaşayış evlərini belə vurublar:
"Mütəmadi olaraq atəşkəs pozulur. Arazdəyən istiqamətində atəşkəs pozulanda bir nəfər yaralımız oldu. Atılan atəşlər bizi narahat etmir. Çünki artıq öyrəşmişik. Səs olan kimi eşidilir. Ötən il yay mövsümündə evimizə atəş açmışdılar. Bütün ərazimiz ermənilər ilə əhatə olunub. Son vaxtlar Günnüt istiqamətində belə qarşıdurma yaratdılar. Bizimkilər adekvat cavab verdilər və çox bir şey edə bilmədilər ".
Ətraflı"İTV Xəbər Yekun"un süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 956 Tarix: 23 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabr17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabr