"Mən bu gün ölürəmsə növbəyə dayanmalıyam ki, 3 aydan sonra həkim mənə baxsın?" - Məşhur aktrisa dövlət xəstəxanalarından gileyləndi

"Mən bu gün ölürəmsə növbəyə dayanmalıyam ki, 3 aydan sonra həkim mənə baxsın?" - Məşhur aktrisa dövlət xəstəxanalarından gileyləndi"Mən sevdiyim sənətlə yaşadım. Qiymət verildi yaxud verilmədi, məni istədilər yaxud istəmədilər bunlarla maraqlanmadım. Uğurlarımla yanaşı mənə badalaq gələnlər də oldu. Hamısına can sağlığı arzulayıram. Həyatdır, mənim də qismətim belə imiş yəqin. Qismətimdən küsmürəm. Doya-doya baxıram, fəxr edirəm ki, mən varam. 50 il teatrda çalışmışam. Bəxtimdən razıyam, narazı deyiləm. Öz arzularıma çatmaq qismətim olub. Neçə-neçə filmlərdə çəkilmişəm, tamaşalarda rol almışam. Həyatımdan razıyam, küsməmişəm. Mənim də bəxtimə belə yazılıb. Teatr rəhbərliklərinin mənə qiymət verməkləri onlar üçün çətin olub"

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa, doğum gününü qeyd edən Məsumə Babayeva deyib. O daha sonra səhhətindən danışıb.

"Az qalmışdılar ayağımı kəssinlər, amma müalicə etdirdim, qoymadım. Ürəyimdən müalicə alıram. Şəkər xəstəliyinə tutulmuşam. Evin içində güc-bəla ilə yeriyirəm. Nevrpotoloqa apardı qızım məni, üstümə nə qədər xərc qoydu. Dərmanlar da bahadır. Hər şeyi sığorta ilə ediblər. Dövlət xəstəxanalarına yaxın düşmək olmur. Mən bu gün ölürəmsə növbəyə dayanmalıyam ki, 3 aydan sonra mənə baxsınlar?! Əlbəttə ki, mən özəl klinikaya gedəcəm. Damarlarım da nazikləşib, sistemləri də mənə vura bilmirlər" deyə aktrisa gileylənib.

Aktrisa bildirib ki, teatrda daim yaşlı, qocaman sənətkarlar çalışmalıdır.

"Bu gün teatrdan rəhbərlikdən heç kim mənimlə maraqlanmır, əlaqə saxlamır. Dekabr ayında İlham Əsədov gəlib hədiyyə gətirmişdi. Teatrın bəzi gənc aktyor-aktrisaları mənimlə danışırlar. Anar Seyfullayev, Simuzər Ağakişiyeva və bəzi aktyorlar yazır hərdən. Teatrdan çıxarıblar, çıxarıblar da. İnsan xəstələnəndən sonra heç kimə lazım olmur sən demə. Halbuki mən teatrdan çıxarılandan sonra xəstələndim. Məni yaşlı sayırlar. Efirdə gedən verilişlərdə də bar-bar bağırırlar ki, yaşlılar, yaşlılar. İndi istəsəm belə nə verilişlərə, nə də film və seriallara gedə bilmərəm. Yaxşı vaxtımda çəkilmişəm. Artıq həyatda özümü lazımsız sayıram. Qızımın xətrinə yaşayıram. Bu cür yaşamaq mənlik deyil. Qızım qulluğumda dayanır, amma onun da işləri, problemləri var axı. O olmasa mən ümumiyyətlə yaşamaram. Nəvəm deyir ki, mən sənə icazə vermirəm ki, öləsən. Onlar üçün yaşayıram. Adam sənətdə incidiləndə teatr üçün etdiyi fədakarlıqlar göz önünə gəlir. Gündə 5-6 dəfə tamaşa oynamışam. Kimisə əvəz etmişəm. İndi də səni saymırlar. Adama pis təsir etməz? Kim olsa ona pis təsir etməz ki? Mən teatrda müqavilədəyəm. Rollarıma cavan aktrisaları səhnəyə buraxırlar ki, mənə qonorar verməsinlər. Bu pul teatrın fondundan mənə verilir, kiminsə cibindən yox. Onlar bunu etməklə deyirlər ki, sənə ehtiyacımız yoxdur. Direktordur da. O gedəcək, başqası gələcək. O teatrda işləyə-işləyə neçə direktor yola salmışam. Hamısı gəlib mənə ilişib, sonuncusu da belə" deyə o bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1186   Tarix: 23 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr