"Bizdə vətənpərvərlik auditoriyası məhduddur"- "Cənab leytenant", "Vətən əmanəti" mahnılarının müəllifi

"Bizdə vətənpərvərlik auditoriyası məhduddur"- "Cənab leytenant", "Vətən əmanəti" mahnılarının müəllifi""Cənab leytenant" mənim öz iç sifarişimdir. Bu kənardan mənə sifariş olunmayan bir mahnıdır. Mən ümumiyyətlə sifarişlə 1-2 mahnıdan əlavə mahnı yazmamışam. Sayca 40-a yaxın mahnım var. "Cənab leytenant" mənim 7-ci mahnımdır. Əvvəla onu deyim ki, mahnının pafosdan uzaq, dinləyicilərlə sadə dialoq qurmağa hesablanan mətni var. Janr etibarı ilə bu müəllif musiqisidir, şanson tərzində yazılıb. Keçmişin, sülh dövrünün romantizmi var burada. Eyni zamanda müharibənin, savaşın, acı gerçəklərin və bu həqiqətlərin hiss və həyəcan dolu gözləntiləri, melodiyası var burada"

Bunu Moderator.az-a açıqlamasında məşhur vətənpərvərlik mahnılarının müəllifi, şair-bəstəkar, AYB-nin Hərbi-Vətənpərvərlik Komissiyasının sədri Şahin Musaoğlu deyib. O daha sonra əlavə edib.

"Müharibə təkcə ön cəbhədən ibarət olmur. Müharibənin arxa cəbhəsi də var. Burada iki obraz var. Biri sevgilisini, həyat yoldaşını, yaxud oğlunu, atasını cəbhəyə yola salan və gözü yolda, qulağı səsdə olan minlərlə Azərbaycan qadının ümumiləşdirilmiş obrazı, digər isə Azərbaycan Silahlı Qüvvələrinin zabitləri timsalında olan bir leytenantın obrazı. Daha doğrusu bu mahnıda həmin iki obrazın dialoqunu verməyə çalışmışam. Burada həm də bir sublimal mesaj var. O demək istəyir ki, mənim cənab leytenantım, unutma ki, vətən uğrunda ölmək şərəfdirsə, sənin borcun, qələbə, zəfər naminə geri dönmək və yaşamaqdır. Bilirsiniz ki, bu mahnı mənim bütün mahnılarımın içərisində sevilən və daha çox populyarlıq, məşhurluq qazanan mahnılarımdan biri olub. Dünyanın bir çox ölkələrində, hətta Ermənistanda da bu mahnı böyük bir auditoriya qazanıb. Mən bu mahnını yazarkən Müdafiə Nazirliyinin tibb idarəsində, eləcə də Müdafiə Nazirliyinin hərbi kinotelestudiyasında çalışırdım. Mən həmin dövrlərdə Azərbaycan zabiti olaraq tez-tez cəbhə bölgələrində, ön cəbhədə olurdum. Eyni zamanda qospitallarda həkim olaraq fəaliyyət göstərirdim. Bu mahnı həmin dövrlərdə yarandı. O ki, qaldı "Vətən əmanəti" mahnıma... Bir dəfə bir jurnalist məndən soruşdu ki, "İgid əsgər möhkəm dayan" yoxsa "Cənab leytenant" mahnısı? Dedim ki, "Vətən əmanəti". Düzdür, bütün sənət adamlarının, şairlərin, bəstəkarların yaratdığı bütün əsərlər onlar üçün övlad, doğma kimidir. Sən deyə bilməzsən ki, hansı övladını çox sevirsən. Amma mən "Vətən əmanəti"-ni dedim. Vətən anlayışı ən üst, uca məqamda dayanan bir anlayış, məvhumdur. Vətən bir xalqın, bir millətin həm yaddaşının, hafizəsinin, tarixinin, adət ən-ənəsinin, şüurunun, iradəsinin, kimliyinin, onun coğrafiyasında təşəkkül tapdığı məkandır. Vətən hər birimizin şəxsiyyətinin fərdiyyəti üzərində inşa edilmiş danılmaz həqiqətdir. Kiminə üçrəngli bayraqdır, kiminə bu bayraqdakı ay-ulduzdur, kiminə dədə-baba torpaqlarıdır. Mən də bütün bunları anlatmaq, dinləyicilərə çatdırmaq üçün yazmışam bu mahnını. Öz sifarişimdir, öz istəyimlə yazmışam. Bu mahnı da janr etibarı ilə şanson tiplidir. Dialoq var. Ana-ata duası var burada. Nakam arzuların fəryadı, narahat ruhların harayı, çağırışı var burada. Bu da mənim cəbhə illərimdə, hərbi mütəxəsis, zabit olaraq yazdığım mahnılardan biridir" deyə Şahin Musaoğlu bildirib.

Şahin Musaoğlu bildirib ki, bu gün hərbi-vətənpərvərlik mahnılarının auditoriyası məhduddur. Buna da səbəblər var..

"Səbəblərdən biri kimi bəstəkarlarımızın və bəstəkar iddiasında olanların bu mövzuya olan marağından, həvəsindən, bacarıq və istedadından qaynaqlanır deməyə dilim gəlmir, amma çox təəssüflər olsun ki, bu belədir.. Söhbət müasir, bugünümüzün bəstəkarlarından gedir. Bizə qədər yazıb-yaradan bəstəkarların bu dediklərimə heç bir aidiyyatları yoxdur. Kifayət qədər bu sahədə çox populyar, xalq tərəfindən bəyənilən əsərlər var. Burada həm maraq, həm həvəs olmalıdır. İkinci bir səbəb isə vətənpərvərlik mövzusu əslində hər kəsin intelektindən, dünyagörüşündən, zövqündən asılı olmayaraq hamımızın ruhuna və ağlına hakim kəsilməsi olduğu halda, yenə də təəffüslər olsun ki, bu belə deyil. Görürsən ki, intellekt, zövq, dünyagörüşü məsələsi yenə öz sözünü deyir. Bunun iki səbəbi var. Bu işi özünə peşə, sənət bilənlərin öz problemidir. İkinci də auditoriya problemidir. Vətənpərvərlik mövzusu, auditoriyası bütün dünyada belədir. Amma onlardan fərqli olaraq bu bizdə özünü daha qabarıq göstərir. Hərbi-vətənpərvərlik auditoriyası az və məhduddur. Hərbi-vətənpərvərlik təbliğatı kortəbii, kampaniya xarakterli və görüntü xətrinə aparılılır. Baxmayaraq ki, müasir dövrümüzdə, yaxın 30-40 il ərzində başımız nə qədər zülmlər çəkdi. Biz bunlardan bir dərs almalıyıq. Mənə elə gəlir ki, bir xalq olaraq bu 44 günlük müharibəmizin də düzəməlli bir tarixi qiymətini özümüz-özümüz üçün verməmişik. Bu günlərdə cənab prezidentimiz bir günlük antiterror əməliyyatı ilə bağlı Dövlət Suverenliyi gününü təsis etdi. Bu bir xəbərdarlıq oldu ki, axı biz dövlət olaraq böyük işlər görmüşük. Mümkünsüz olanın mümkün olduğunu görmüşük. Bu çox önəmli məsələdir. 30 ilə yaxın idi ki, bizə təqdim edirdilər ki, bu savaş sülh yolu ilə həll olunmalıdır. Amma bir günün içərisində biz bu məsələni həll edə bildik. Məsələ ermənini Dağlıq Qarabağın içərisində çıxarmaq deyil. Məsələ Dağlıq Qarabağı erməninin içindən çıxarmaqdır. Ordumuz, dövlətimiz, sərkərdələrimiz, Ali Baş Komandanımız bu məsələni həll etdi, separatçıları oradan çıxartdılar. İndi o biri məsələlər bizim, sənət adamlarının üstündə dayanır. Biz elə etməliyik, o qədər təbliğatımız güclü olmalıdır ki, bu Qarabağı onların içindən çıxartmalıyıq. Gəlsinlər, yaşasınlar, qalsınlar, amma Qarabağ bizimdir deməsinlər" deyə bəstəkar bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 864   Tarix: 23 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr