Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə "qaranlığa qərq olur"

Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə "qaranlığa qərq olur"İki il dalbadal işıqlandırılmasına cəmi 300 000 manata yaxın vəsait xərclənən rayon mərkəzinin "gecəsi ilə gündüzünün fərqi olmamalıdır".

Ağsu Rayon İcra Hakimiyyətinin başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Ağsu şəhərində 2024-cü ildə aparılacaq işıqlandırma işləri ilə bağlı tenderə yekun vurub. 18.09.2024-cü il tarixdə yekunlaşan müsabiqəyə görə Nümayəndəlik "Topxana Layihə İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) 135 582 manat ödəməli olacaq. Qarışılığında da Ağsu şəhərinin qaranlıq küçələri işıqlanmalıdır…

Bu istiqamətdə Yenixeber.org-a daxil olmuş məlumatlarla bağlı müəyyən araşdırmalar apara bilmişik.

İlk diqqəti çəkən Ağsu Rayon İcra Hakimiyyətinin eyni iş üzrə-küçələrin işıqlandırma işləri ilə bağlı-eyni şirkətlə-"Topxana Layihə İnşaat" MMC ilə ötən il də 154 934 manatlıq müqavilə bağlamasıdır(?) Təkcə bu fakt kifayət qədər ciddi suallar doğurur: Ağsu nə boyda şəhərdir, hansı sayda küçələri var ki, hər il işıqlandırma ilə bağlı dövlətin yüzminləri xərclənsin? Həm də niyə, hər dəfə "Topxana Layihə İnşaat" MMC…? Yoxsa, arada bir "Centlemen razılaşması" var? Və.s.

Ağsudan oxucularımızın Yenixeber.org-a bildirdiklərinə görə son illər bu şəhərin küçələrində işıqlandırma ilə bağlı hansısa bir yenilik görünmür. İki il dalbadal işıqlandırılmasına cəmi 300 000 manata yaxın vəsait xərclənən rayon mərkəzinin bəlli mənada "gecəsi ilə gündüzünün fərqi olmamalıdır". Nə yazıq ki, gerçəklik kökündən fərqlidir: Hər il dövlətin yüzminləri xərclənən Ağsu şəhərinin küçələri aydınlığa çıxmır ki, çıxmır…

Digər faktor isə Ağsu Rayon İcra Hakimiyyətinin başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin "Topxana Layihə İnşaat" MMC ilə əməkdaşlığına dair Dövlət Satınalmaların Vahid İnternet Portalının "Ətraflı" bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?) Baxmayaraq ki, görüləcək işlər və miqdarlar göstərilir…

Biz Yenixeber.org olaraq toxunduğumuz məqamlarla bağlı qarşı tərəf kimi Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdəndə mövqe öyrənmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu…Bizimlə telefon söhbətində mühasib suallarımıza cavab verə bilməyəcəyini və bu haqda Ağsu Rayon İcra Hakimiyyətinin başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlham Nurəhmədova məlumat verəcəyini desə də, nəticə olmadı.

Digər tərəf - "Topxana Layihə İnşaat" MMC ilə isə əlaqə yaratmaq mümkün olmadı… Maraqlıdır ki, dövlət satınalmalarında öncül şirkətlərdən sayılan, dövlətin yüzminlərlə pulunun etibar edildiyi -"Topxana Layihə İnşaat"ın nəinki saytına, hansısa əlaqə vasitəsinə də rast ola bilmədik.

Google üzərindən öyrənə bildiyimiz o oldu ki, "Topxana Layihə İnşaat" MMC 17 aprel 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 110 010 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Cavanşir küçəsi, ev 27, mənzil 39-da yerləşir. MMC-nin qanuni təmsilçisi Ələkbərov Fuad Vaqif oğludur.

"Topxana Layihə İnşaat" MMC 2021-ci ilədək RRT LTD Firması adı altında fəaliyyət göstərib. Maraqlıdır ki, bu şirkətin qeydiyyata alınma tarixi ilə "Topxana Layihə İnşaat" MMC-nin qeydiyyata alınma tarixi arasında ziddiyyət var. Reyestr məlumatlarında görünür ki, RRT LTD Firması 2007-ci ildə qeydiyyata alınıb. 2021-ci ildə isə adı dəyişdirilərək "Topxana Layihə İnşaat" MMC qoyulub. Bu halda ortaya ziddiyyət çıxır. Əgər "Topxana Layihə İnşaat" MMC RRT LTD Firmasının varisidirsə və sözügedən firma 2007-ci ildə qeydiyyata alınıbsa, o zaman necə olur ki, "Topxana Layihə İnşaat" MMC-nin 1996-cı ildə qeydiyyata alınır?
Sonda qeyd edək ki, "Topxana Layihə İnşaat" MMC təkcə ötən 54 tenderin qalibi seçilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 911   Tarix: 23 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr