Kişi 73 il sonra DNT analizi ilə oğurlanan QARDAŞINI TAPDI
Vyetnamda iki il xidmət etmiş, təqaüdçü yanğınsöndürən 79 yaşlı Luis Armando Albino uzun müddət sonra ailəsinə qovuşub.
Sonxeber.az xəbər verir ki, bu barədə "The Mercury News" nəşri məlumat yayıb. Hadisə keçmişdə baş verib. 21 fevral 1951-ci ildə naməlum qadın qardaşı ilə parkda oynayan Luisi aldadıb. Luis həmin vaxtlar anası Antonia və beş qardaşı ilə birlikdə Puerto-Rikodan ABŞ-yə yeni gəlib.
Luis ingilis dilini başa düşmürdü. Qadın ona ispan dilində şirniyyat verəcəyinə söz verib. O, heç bir şeydən şübhələnmədiyi üçün qadının arxasınca gedib. 70 ildən çoxdur Luis yoxa çıxıb.
1951-ci ildə itkin düşmüş uşağın axtarışına başlayıblar. Polislər sübutlar və uşaqdan bir iz tapmağa çalışsa da, aparılan axtarışlar boşa çıxırdı. Sonradan məlum olub ki, qadın uşağı ABŞ-nin başqa bir ştatına aparıb.
Zaman keçdikcə Luis ailəsini unutsa da uşaqlıqdan bəzi xatirələr qalıb. O, bir gün DNT analizi verməyə qərar verib. Bu analiz onun həyatının dönüş nöqtəsi olub. Luis Albinonun anası 92 yaşında dünyasını dəyişib. Yaşlı qadın hər zaman oğlunun sağ olduğuna inanıb. Demək olar ki, oğlunu tapmaq üçün hər gün itkin düşmüş şəxslərin axtarış mərkəzinə müraciət edib. Amma heç bir məlumat əldə edə bilməyib.
Luisin Alida adlı qardaşı qızı əylənmək üçün DNT analizi vermək qərarına gəlib. Bu zaman bir dəlil üzə çıxıb. ABŞ-nin şərq sahilində yaşayan bir adamla 22 faiz uyğunluq müşahidə olunub. Alida keçmiş fotoları araşdıran zaman kişinin əmisi olduğunu başa düşüb. Qısa müddət sonra 79 yaşlı Luis həqiqi ailəsi ilə görüşə bilib. Alida baş verənlər ilə bağlı açıqlamalar verib: "Görüşən zaman bir-biriləri ilə qucaqlaşdılar. Onlar Luis əminin qaçırılma anları haqqında danışıblar. Eyni zamanda əmimin əsgərlikdə olan xatirələri ilə bağlı maraqlı söhbətlər ediblər".
Bu ilin iyulunda Albino üç həftəlik yenidən Oklendə gəlib. 83 yaşında dünyasını dəyişən qardaşı Roceri sonuncu dəfə görə bilib. 79 yaşlı kişi başına gələnlər ilə bağlı çox bir şey danışmır. Onun oğurlanması və səyahətləri ilə bağlı xatirələri var. Lakin Luisi qaçıranlar onun uşaqlıqda baş verənlərlə bağlı suallarına heç vaxt cavab verməyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1139 Tarix: 23 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabr17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabr