Göygöldə musiqi məktəbində qalmaqal – Direktor hamilə müəlliməni yerə yıxdı, vəziyyəti pisləşdi – Video
Göygöl rayon Xəqani kənd uşaq məktəbində gərginlik yaşanır.
Reportyor.info-ya daxil olan məlumata görə, gərginliyə səbəb məktəbin direktoru Nərgiz Həsənlinin fəaliyyətidir.
Bildirilir ki, Nərgiz Həsənli bu ilin aprelində direktor təyin edilib. Direktor kimi fəaliyyətə başladığı ilk gündən məktəbdə qalmaqal yaradıb.
"Sizə bəla gəlmişəm" deyən direktor elə ilk gündən müəllimlərə qarşı kobud davranış sərgiləyib.. Bu isə kollektivlə onun arasında mübahisəyə səbəb olub. Vəziyyət o həddə çatıb ki, Nərgiz Həsənli Xədicə Abbaslı adlı müəlliməni itələyərək yerə yıxıb. Həmin müəllimə hamilə olduğundan halı pisləşib. Müəllimlər dərhal təcili tibbi yardım çağırıb. Xədicə Abbaslı Göygöl Rayon Xəstəxanasına çatdırılıb. Orada ona ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərindəki Abbas Səhhət adına xəxtəxanaya aparılıb.
Sözügedən xəstəxanada Xədicə Abbaslıya hemotoma diaqnozu qoyulub.
Məlumata görə, hadisə baş verəndən sonra müəllimlər polisə məlumat verib. Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları dərhal əraziyə gəlib.
Faktla bağlı cinayət işinin başlandığı və iş materiallarının Göygöl Rayon Prokurorluğuna göndərildiyi bildirilir.
Bundan sonra prokurorluq məktəbdə 5 illik yoxlamaya başlayıb. Yoxlamanın nəricəsi olaraq müəllimlərin çoxu cərimələnib.
Amma Xədicə Abbaslı ilə bağlı iş araşdırılmamış qalıb.
Müəllimlərin cərimələnməsi və müvəqqəti olaraq işdən kənarlaşdırılmaları Nərgiz Həsənli üçün əlavə fürsətlər yaradıb.
O, işdən kənarlaşdırılan müəllimlərin yerinə işçi götürüb. Digər müəllimlərin isə dərs yükünü azaldaraq özünün işə götürdüyü müəllimlərə verib.
Bildirilir ki, Nərgiz Həsənlinin fəaliyyətindən narazı olan müəllimlər yaxın günlərdə Bakıya gələrək yuxarı orqanlara şikayət etmək niyyətindədirlər.
Reportyor.info bu iddialarla bağlı Nərgiz Həsənlinin də mövqeyini öyrənməyə çalışıb. Lakin bu, mümkün olmayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1651 Tarix: 23 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrYeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabrUşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə
4 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabr