"Memi"lərdən paltar almaq olarmı? - AÇIQLAMA

"Memi"lərdən paltar almaq olarmı? - AÇIQLAMASon günlər sosial şəbəkələrdə ikinci əl geyimlərin satışını edən səhifələr tez-tez qarşımıza çıxır. Bundan başqa, dünyanın bir çox yerində olduğu kimi, ölkəmizdə də ikinci əl geyimlərin satışını edən "Memi" mağazaları da geniş yayılıb. Belə ki, bu mağazalarda dünya brendlərinə məxsus ikinci əl geyimlər öz qiymətlərindən dəfələrlə ucuz satılır. Bu mağazalarda geyimlə bərabər, çanta və ayaqqabı satışı da təşkil olunur.

Bəs görəsən ikinci əl geyimlərdən istifadə dərəcədə doğrudur ?

Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ikinci əl geyimlər müxtəlif dəri xəstəliklərinə, alergiyalara səbəb ola bilər:

"İkinci əl mallar dünyada böyük istehlakçı problemidir. Bu cür malllar alındıqda onu qaytarmaq, dəyişdirmək çətin olur. Çünki istehlakçı şüurlu surətdə bu malı alır. Bu malları xaricdə hər şənbə və bazar günü bələdiyyənin ayırdığı bir yerə qoyurlar. Orda kimlər istəsə məhsulları havayı aparır. Qalanlarını isə axşam bələdiyyə əməkdaşları utilizasiya müəissiələrinə verir. Bəzi ölkələrdən biznesmenlər həmin utilizasiya müəissiələri ilə müqavilə bağlayır və həmin malları gətirir ölkəsinə, o cümlədən, Azərbaycana. Bu mallar Azərbaycana gələndə "Memi"lərdə alındığı qiymətdən 10-15 dəfə baha satılır. Çünki onlar xaricdən kiloqramla alınır, burda isə ədədlə satılır. Bizim apardığımız araşdırma göstərir ki, 5 yaşından kiçik uşaqlara ikinci əl paltar geyindirmək olmaz. Xaricdə təmizlənmə işi güya keçirilir. Lakin gərək alıcılar da malları aldıqdan sonra onları dezinfeksiya edib, sonra istifadə etsinlər. Belə malları almağı biz ümumiyyətlə məsləhət görmürk. Bunlar müxtəlif dəri xəstəliklərinə, alergiyalara səbəb ola bilər, ölmüş insanların paltarları ola bilər və.s. İnsanlar ikinci əl paltarları alanda diqqətli olmalıdır. Əgər istehlakçı hüquqları pozularsa, 195 qaynar xətti ilə İqtisadiyyat Nazirliyinə məlumat vermələrini tövsiyyə edirik".

Sözügedən mağazalara necə nəzarət olunur ?

"2016-cı ildə Nazirlər Kabinetində "Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı" təsdiqlənib. Lakin bu siyahıya geyilmiş paltarlar daxil edilməyib".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1459   Tarix: 23 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr