Bağçalarda döyülən UŞAQLAR: Azyaşlıya qarşı zorakılığa görə kim məsuliyyət daşımalıdır? - AÇIQLAMA

Bağçalarda döyülən UŞAQLAR: Azyaşlıya qarşı zorakılığa görə kim məsuliyyət daşımalıdır? - AÇIQLAMAXəbər verdiyimiz kimi, paytaxtda fəaliyyət göstərən bağçalardan birində azyaşlıya qarşı zorakılıq edilib. Qeyd edilib ki, Bakı şəhəri Yasamal rayonundakı 290 saylı bağçasında müəllim azyaşlını saçını yolaraq onu döyüb. Həmin an yaşananlar bağçanın təhlükəsizlik kameraları tərəfindən anbaan görüntülənib. Uşağın valideyini Nərgiz İsmayılova övladının (N.İ. şərti ad) müəllim tərəfindən döyüldüyünü bildirib.

Bu kimi hadisələr ictimai xarakter daşıyır. Uşaqları cəmiyyətdə dəyər kimi qəbul ediriksə, bu dəyərin qorunması üçün kimliyindən asılı olmayaraq hər kəsdə məsuliyyət hissi olmalıdır. Bəs azyaşlıya qarşı zorakılığa görə kim məsuliyyət daşımalıdır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan psixoloq Gülnar Orucova deyib ki, belə hallarda valideyn hüquq-mühafizə orqanlarına müraciət etməsin deyə onu razı salırlar. Valideyn hüquq-mühafizə orqanlarına müraciət etmirsə bu məsələyə baxılmır:

"Bəzən müəllimə işdən çıxarılır və proses bunula yekunlaşır. Müəllimi işdən çıxarmaqla bərabər onu məsuliyətə cəlb etmək lazımdır. Məsuliyyətə cəlb olunmalıdır ki, digərləri də bunlardan dərs çıxartsın. Bunu edən bir insan müəyyən müddət azadlıqdan məhrum edilməlidir. Bundan əvvəl hansısa psixoloji mərkəzdə mütəxəssis- yəni mərkəzin rəhbəri təpiklə uşağı vururdu. Məsələni barışığa bağladılar. Valideyn bildirdi ki, bu şəxs mənim qohumumdur. Amma belə bir şey olmamalıdır. Bağçada müəllim deyə bir anlayış yoxdur. Burada tərbiyəçi və dayə olur. Əgər kimsə əməkhaqqından narazıdırsa, o işdə işləməməlidir. Şəxs əməkhaqqından narazı olduğu halda işləyirsə, bu onun öz peşəsinə qarşı narahatlıqlar yaradır. Əsəbləri pozulduqdan uşaqlara zorakılıqlar etməyə başlayırlar".

Psixoloqun sözlərinə görə, bu cür hallarda biz də bağçanın müdiri işdən çıxarılır. Bu yetərli olsaydı hadisələr təkrar olunmazdı. İstər özəl, istərsə də dövlət bağçalarına nəzarət kameraları quraşdırılmalıdır:

" Bağçalarda deyirlər ki, kameranı özümüz baxmaq üçün qoymuşuq. Niyə valideyn baxmasın? Siz burada hansı qanun pozuntusuna yol verirsiniz ki, valideyn görüntüləri görmədin. Onlayn sistem dünyada izləmə zamanı müəyyən problemlər ortaya çıxara bilər. Çünki bəzən valideyn baxır ki, uşağı yerdə oturub ağlayır. Deyir ki, mənim uşağım niyə yerdə oturub ağlamalıdır. Bağçanın psixoloqu olmalıdır və bunu valideynə izah etməlidir. Bu cür hallar olmamalıdır. Hər kəs bilməlidir ki, başqasının uşağını döymək, vurmaq məharət deyil. Bunu etmək olmaz. Əsəblərin dözmürsə, işdən çıx. Tək qüsuru olan uşağı döymək olmaz. Valideynlər mütləq şəkildə şikayət etməlidir. Buna görə də məsuliyyəti bağçanın rəhbəri, tərbiyəçisi və valideyn daşıyır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1162   Tarix: 23 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr